Milli Məclisin iclasında...
22.04.2026 [12:49]
Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat təqdim edilib
Aprelin 21-də Milli Məclisin növbəti iclası keçirilib. Gündəliyə 8 məsələnin müzakirəsi daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfəri barədə məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək idi. Keçirilən tədbirlərdən danışan S.Qafarova səfərin uğurlu olduğunu söyləyib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputatlar Tural Gəncəliyev, Zaur Şükürov, Elçin Mirzəbəyli, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Elman Nəsirov və digərləri aktual mövzulardan bəhs ediblər.
Daha sonra iclasın gündəliyində olan məsələlər müzakirə olunub. Əvvəlcə Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat təqdim edilib. Hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2025-ci ildə audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunub, bunlardan 1-nin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib: “Audit portfelinin kəmiyyət göstəricilərində əsasən stabilliyin saxlanmasına hədəflənsək də, portfelin keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəlik tədbirlər həyata keçirmişik. Bu, həm auditlərin əhatə etdiyi mövzuların müxtəlifliyində və aktuallığında, həm də ilk dəfə audit və ya analitik fəaliyyətlə əhatə olunan qurumların sayında özünü göstərib. Qeyd edim ki, portfelin 47,9 faizində audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Beynəlxalq standartların tələblərindən irəli gələrək hesabat ilində tətbiqinə başladığımız yeni keyfiyyətin idarə edilməsi sistemi də auditin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi mərhələlərinin peşəkar baxışdan keçirilməsini təmin etməklə audit keyfiyyətinin yüksəldilməsinə töhfə verib”.
V. Gülməmmədov qeyd edib ki, auditlərin əhatə dairəsinin əsas hissəsini icmal büdcənin müxtəlif elementləri təşkil edib. Müxtəlif illər üzrə dövlət büdcəsinin 6,7 milyard manatı, 2023-cü il üzrə Dövlət Neft Fondunun, 2023-2024-cü illər üzrə İcbari Tibbi Sığorta Fondunun büdcələri tam şəkildə, 2023-2025-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin 101,3 milyon manatı, eləcə də qeyri-büdcə vəsaitlərindən 130,1 milyon manat dövlət auditi ilə əhatə edilib. 2025-ci ilin iş planının tərtibi zamanı müvafiq icra hakimiyyəti orqanının təklifləri, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər, COP29, mediada işıqlandırılan məlumatlar, rəsmi internet səhifəmizdəki “Audit təklif et” bölməsi vasitəsilə daxil olmuş vətəndaş müraciətləri və digər məsələlər diqqətdə saxlanılıb. Auditlər işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə, müxtəlif (təhsil, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, ekologiya və s.) sahələr üzrə aktual mövzulara, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə fokuslanıb. Hesabat dövründə 3 audit məxfilik rejimində keçirilib. 2025-ci ilin iş planına əsasən 5 analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib. 6 auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. “2025-ci ilin iş planına uyğun keçirilən 36 audit və analitik fəaliyyət zamanı büdcə vəsaitlərinin idarə edilməsində nöqsanlar aşkar edilib”, - deyən V.Gülməmmədov əlavə edib ki, bu nöqsanlar gəlir və xərclərin proqnozlaşdırılması, vəsaitlərin idarə edilməsi və icrası, əməyin ödənişi və xərc normativlərinə, prosedurlara əməl olunmaması ilə bağlıdır. “Yuxarıda qeyd etdiyim nöqsan göstərir ki, dövlət vəsaitlərinin planlaşdırılması və icrası prosesinin müxtəlif mərhələlərində nöqsanlar müşahidə edilir. Proqnozlaşdırma prosesinə təşkilatların lazımi diqqət göstərməməsi vəsaitlərin icra faizinin aşağı olmasına, vəsaitlərinin təyinatının icra prosesində dəyişdirilməsinə və bəzi hallarda kassa icrası göstəricilərinin təhrif olunmasına səbəb olur. Bununla belə bir müsbət məqamı da müşahidə edirik və biz bunu əvvəlki hesabat və rəylərdə xüsusi vurğulayırdıq, bu xəzinədənkənar qalıqların azalmasıdır”, - deyə Hesablama Palatasının sədri əlavə edib.
V.Gülməmmədov deyib ki, ümumi nöqsanın 40,3 faizi və ya 626,3 milyon manatı maliyyə təhriflərindən ibarətdir: “Aşkarlanan maliyyə təhriflərini iki istiqamətdə qruplaşdırmışıq. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid olunub ki, bu təhriflər üzrə məbləğ 481,3 milyon manat təşkil edib. Cəmi təhriflərin 145 milyon manatı isə digər təhriflərdən ibarət olub. Təhrif məbləğində gəlir və ya xərcin vaxtında və doğru tanınmaması yüksək pay ilə fərqlənib.
Nəhayət, ümumi nöqsanın 22,1 faizi və ya 342,9 milyon manatı isə səmərəsiz xərclərdən ibarət olub.Səmərəsiz xərclər əsasən mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, qənaət imkanlarından istifadə edilməməsi, hüquqi aktlarla qurumun fəaliyyət istiqamətlərinə aid edildiyi və özü tərəfindən həyata keçirilməli olduğu halda müvafiq fəaliyyətin icra edilməsi üçün satınalmanın keçirilməsi və s. ilə bağlıdır. Keçirilmiş audit və analitik fəaliyyətlər strateji planlaşdırma institutunun formalaşması fonunda nəticəyönümlü idarəetmə prinsiplərinin tətbiqi, plan-büdcə inteqrasiyası və təsir səviyyəsində qiymətləndirmə mexanizmlərinin funksionallığının tam təmin edilmədiyini göstərib. Hesabat dövründə keçirilmiş auditlərdə bir neçə dövlət proqramının icrası vəziyyəti ilə bağlı məqamlara da baxılıb. Müəyyən edilib ki, bir sıra dövlət qurumları öz əsasnamələri ilə müəyyən edilən vəzifələri dövlət proqramının tədbirlər planına daxil edib. Tədbirlər müəyyən edilən zaman çərçivəsində və ya ümumiyyətlə icra edilməyib, bəzi hallarda isə aşağı keyfiyyətlə icra edilib, proqramın icrasında gecikmələrə yol verilib”.
Diqqətə çatdırılıb ki, 2025-ci ildə ümumilikdə 110,1 milyon manat dövlət vəsaitinin bərpası təmin edilib, bundan əlavə, pre-auditlər zamanı əhəmiyyətli məbləğdə artıq xərclərin qarşısı alınıb, müqavilələrin azaldılması təmin olunub.
Müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatı qəbul olunub.
Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər məsələləri də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59

