Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günüdür
28.04.2026 [11:56]
İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması üçün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilib. Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri layiqli əməyin təminatı, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit edilib. 1999-cu ildə isə Müstəqil Dövlətlər Birliyində ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib və Məcəllədə əməyin mühafizəsi normaları, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələləri əhatə olunub.
Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş rifahının təminatı dayanır və bunun nəticəsi olaraq ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Son 7 ildə 5 sosial islahat paketi icra olunmaqla sosial ödənişlərin, o cümlədən əməkhaqlarının ciddi artımına nail olunub. Aparılan məqsədyönlü sosial siyasət, eyni zamanda, işçilər üçün sağlam və normal əmək şəraitinin yaradılmasına, iş yerlərində əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Ötən dövrdə ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı olan və əməyin mühafizəsi ilə əlaqədar sənədləri də əhatə edən 60-dək Konvensiyasını, o cümlədən “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasını ratifikasiya edib. Habelə BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra olunub və ötən ilin noyabr ayında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb. Eyni zamanda, son illər mütərəqqi beynəlxalq yanaşmalar əsasında əmək qanunvericiliyinin daim təkmilləşdirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Ölkəmizin Əmək Məcəlləsində əməyin mühafizəsi normaları, əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar geniş əhatə edilib. Məcəlləyə əsasən, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürən tərəfindən işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verməsi öhdəliyi də əksini tapmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də iş yerlərində təhlükəsiz, sağlam əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Xidmət işəgötürənlərlə bu istiqamətdə fəal işlər aparır, onların və işçilərin iştirakı ilə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə də qeyd edilən mövzuda 115 maarifləndirmə tədbiri təşkil olunub. Eyni zamanda, əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti sahəsində innovativ həllərin, müasir texnologiyaların, qabaqcıl dünya təcrübəsinə uyğun risk əsaslı yanaşma modellərinin, ədalətli və şəffaf nəzarət mexanizmlərinin tətbiqi sahəsində də mühüm addımlar atılıb.
2022-ci ildə istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi əmək münasibətləri üzrə bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, xidmətlərin çevikliyini, şəffaflığını təmin edən vahid əmək münasibətləri platformasıdır. 2023-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılan Əməyin Mühafizəsi Mərkəzi də iş yerlərinin attestasiyasının həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkili və əməyin təhlükəsizliyi ilə bağlı praktiki mexanizmlərin tətbiqi sahəsində işəgötürənlərlə əməkdaşlıq edərək onlara peşəkar xidmətlər göstərir. Xidmətin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən isə son 3 ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartı hazırlanaraq təsdiq edilib və bu il daha 60 yeni dövlət standartının hazırlanaraq qəbul edilməsi nəzərdə tutulub.
“DOST Müfəttiş” layihəsi çərçivəsində isə müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının tətbiqi ilə bağlı işəgötürənlərə önəmli tövsiyələr verilir,
Qeyd edək ki, BƏT tərəfindən builki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Gəlin sağlam psixososial iş mühitini təmin edək!” devizi müəyyən olunub. Əməyin mühafizəsində fiziki təhlükəsizliklə yanaşı, sağlam psixososial iş mühitinin təmin edilməsi də mühüm rola malikdir. Çünki psixososial amillər də iş mühitinə, işçinin əmək məhsuldarlığına təsir göstərə bilər. Qeyd edilən amillə bağlı da risklərin düzgün idarəedilməsi, qiymətləndirilməsi müasir dövrdə əmək münasibətləri üçün vacib məsələlərdən biridir.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

