Nobel Sülh Mükafatına bir addım qaldı
30.04.2026 [17:11]
Səyyad Aran
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü. Bu, İlham Əliyevin dünyanı sülhə səsləməsi istiqamətində əldə etdiyi növbəti uğur idi. Prezident bildirib ki, Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir: “Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm”.
Onun sözlərinə görə, Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır: “30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq”.
Xatırladım ki, İlham Əliyev bu ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na Azərbaycan və Ermənistan arasındakı sülh təşəbbüsünə görə layiq görülmüşdü. Hər iki mükafat İlham Əliyevin sülhə nə qədər sadiq olduğunun əyani sübutudur.
Dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən ən islahatçı Prezident verdiyi bütün sözlərə, vədlərə daim sadiqliyi ilə Azərbaycana dünyada ən etibarlı tərəfdaş statusunu qazandıraraq nüfuzunu yüksəldib. Yəni İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Azərbaycan istər beynəlxalq təşkilatlar, forumlar, istərsə də ayrı-ayrı ölkələr səviyyəsində inanılmış və güvənli bir tərəfdaş kimi qəbul edilir.
Hazırda Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan ölkələrdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunur. Prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaş ölkələrin dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini, habelə digər enerji layihələrini reaallaşdırmaqla yeni rekordlara imza atıb. "Əsrin müqaviləsi" ilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasını uğurla davam etdirən İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr, əlbəttə ki, Azərbaycanın gələcək uğurlarının zəmanətidir. Azərbaycanın iştirakı olmadan regionda hansısa bir qlobal layihənin həyata keçirilməsi mümkünsüzdür.
Bütün bunlar İlham Əliyevin enerji diplomatiyasının uğurla həyata keçirilməsinin bariz təcəssümüdür. Bu diplomatiya Azərbaycanın iqtisadi potensialını getdikcə daha da gücləndirir və əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır.
Bu gün İlham Əliyevin əsas missiyalarından biri də İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlara uyğun siyasət həyata keçirmək və bölgədə sülhün təmin olunması üçün əməli işlər görməkdir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin prioriteti regionda ilk növbədə sülhün təminatıdır. Çünki sülh olmadan Qafqazda təhlükəsizliyin təminatı sual altında qalacaq. Bu da ilk növbədə qlobal iqtisadi layihələrin reallaşmasına, bölgənin nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinə əngəl yaradacaq. Eyni zamanda xarici investorları regiona sərmayə yatırmaq fikrindən daşındıracaq. Yox əgər sülh müqaviləsi imzalanarsa, bundan ilk növbədə yararlanan elə Ermənistan olacaq. Başqa sözlə desək, İlham Əliyev məğlub etdiyi Ermənistana sülh təklfi etməklə həm də onun dirçəlməsinə köməklik göstərmək istəyir.
İlham Əliyevin sülh missiyası həm Azərbaycan, həm də Ermənistan üçün siyasi və iqtisadi uğurlar vəd edir. Beynəlxalq birliyin, regionda marağı olan dövlətlərin də istəyi Cənubi Qafqazda təhlükəsizliyin təminatıdır.
Dünyanın nüfuzlu liderləri də İlham Əliyevin sülh istiqamətində atdığı addımları təqdir edir və onun nə qədər nəhəng siyasətçi olduğunu öz açıqlamalarında dönə-dönə vurğulayırlar. Məsələn, ABŞ Prezidenti Donald Trampın “Siz böyük lidersiniz. Siz gözəl danışıq aparırsınız...” sözləri buna nümunə ola bilər.
Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi bu fikir ölkə başçımızın dünya miqyaslı siyasətçi və dövlət xadimi olduğunu, dünya liderləri tərəfindən tanınan siyasətçi kimi qəbul edildiyinin bir daha bariz sübutudur.
Prezident İlham Əliyevin dünya liderlərinin dəvəti ilə mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, xarici səfərlərdə ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun göstəricisidir. Mürəkkəb geosiyasi şəraitdə Şərq və Qərb dövlətləri ilə əməkdaşlıq münasibətlərini böyük siyasi bacarıqla tarazlaşdıran Prezident İlham Əliyev beynəlxalq aləmdə XXI əsrin liderlik nümunəsidir.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bir neçə ay öncə beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətçəkən fikirlər səsləndirib.
O, çıxışında dünyada seçilən liderlərdən bəhs edərkən İlham Əliyevi xüsusi vurğulayıb və belə deyib:
“Dünyada bir sıra güclü liderlər var. Mən İlham Əliyevi xüsusi qeyd etmək istəyirəm. O, ölkəsini dəyişdirən xüsusi liderdir.”
Uitkoff qeyd edib ki, bu cür liderlər yalnız öz ölkələrində deyil, qlobal miqyasda da mühüm rol oynayırlar:
“Belə liderlər dünya üçün vacibdir, çünki onlar sabitlik yaradır və əməkdaşlıq üçün imkanlar açır”. ABŞ rəsmisi əlavə edib ki, bu tip liderlərlə qurulan münasibətlər beynəlxalq siyasətdə mühüm əhəmiyyət daşıyır: “ABŞ Prezidenti Donald Tramp məhz belə liderlərlə işləməyə üstünlük verir və bu, qlobal proseslərə müsbət təsir göstərir”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərindən fəxr hissi duyduğunu bildirib:
"İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin Sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı. Mən əziz qardaşım, Prezident İlham Əliyevi bu nüfuzlu mükafatı alması münasibətilə bir daha təbrik edirəm. Ümidvaram və dua edirəm ki, uzaqgörən rəhbərinin səyləri ilə qardaş Azərbaycan xalqı uzunmüddətli sülhə, əmin-amanlığa və tərəqqiyə doğru addımlarını davam etdirsin".
Bütün sadalananlar onu göstərir ki, Azərbaycan regionda münaqişələrin dərinləşməsinə yox, əməkdaşlığın və münasibətlərin güclənməsinə xidmət edən dövlət olduğunu ortaya qoyur, yeni perspektivlərə köklənir. İlham Əliyevin layiq görüldüyü sülh mükafatları onu bu mükafatların ən alisi olan “Nobel” Sülh Mükafatına bir addım da yaxınlaşdırdı. Cənab Prezidentimiz dünyanı sülhə səsləyən liderlər arasında ön sıradadır və bu fəaliyyətində ona uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59

