Parlament seçkisi, yoxsa vətəndaş qarşıdurması?
23.05.2026 [09:31]
Ermənistanda vəziyyət nəzarətdən çıxır - hakimiyyət planların ünvanını göstərir
Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq adi seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olmaqdadır. Hakimiyyət uğrunda mübarizə xüsusilə Baş nazir Nikol Paşinyanla rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alır. Yerli mediada yayılan məlumatlar və ekspert rəyləri göstərir ki, seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər. Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur.
Müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir. Paşinyan tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə ittiham edir. Hətta Paşinyan keçmiş prezident, hazırdakı seçki kampaniyasında isə əsas rəqiblərindən biri olan Robert Köçəryanın bir neçə il əvvəl internetdə yayılmış səs yazısını yenidən gündəmə gətirib. Həmin səs yazısında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya prezidenti Vladimir Putinə müraciətlə “Məni siyasətə siz qaytardınız, indi isə siyasətdən çıxmağımı təmin etməyinizi xahiş edirəm” dediyini xatırladıb. Paşinyan xatırladıb ki, həmin vaxt müxalifət bu səs yazısının süni şəkildə hazırlandığını deyirdi. Ermənistan baş naziri həmin vaxt beynəlxalq ekspertiza keçirilməsini təklif etdiyini, lakin bunun edilmədiyini deyib. İndi isə Paşinyan həmin çağırışı yenidən təkrarlayıb və iyunun 7-dək ekspertiza keçirilməsini istəyib. Ermənistan hökumətinin başçısı daha sonra olduqca sərt ifadələr işlədib: “Ölkənin baş naziri kimi zəmanət verirəm ki, həmin səs yazısı həqiqidir. Orada danışan şəxs Robert Köçəryanın özüdür. Bu, sadəcə üçbaşlı müharibə partiyası deyil, həm də üçbaşlı casuslar partiyasıdır”.
Gümrüdəki hərbi baza seçkidən sonra...
Hazıırki hakimiyyətin bir sıra nümayəndələri yerli mediada Kremlin Ermənistandankı seçkilərdən sonra bir sıra planlar hazırladığını, eləcə də, müxalifət Qərbin maraqları təmin olunmayacağı təqdirdə güc tətbiqinə əl atma ehtimalını irəli sürürlər - bu isə o deməkdir ki, Ermənistan birmənalı şəkildə daxili siyasi təhlükəyə sürüklənməkdədir. Erməni siyasətçiləri hesab edir ki, Kreml Ermənistanın tam şəkildə Qərbə yaxınlaşmasına imkan vermək istəmir və bu səbəbdən ölkə daxilindəki siyasi təsir imkanlarını maksimum səviyyədə işə salmağa çalışır.
Ən təhlükəli ehtimallardan biri isə mümkün siyasi xaos fonunda Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun - Gümrüdəki hərbi bazanın proseslərə dolayısı və ya birbaşa müdaxilə etməsi ilə bağlıdır. Bu ssenari Ermənistanda açıq silahlı qarşıdurma təhlükəsini daha real formata salır. Bu isə bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik balansına təsir göstərəcək.
Kilsə toplandı - təlimatlar hansı istiqamətlərdə olacaq?
Mümkün qarşıdurma ssenarisinin pərdə arxasındakı qüvvə kimi isə kilsə təqdim olunur. Sirr deyil ki, Erməni Apostol Kilsəsinin hazırki hakimiyyət ilə münasibətləri heç də “isti deyil”. Son bir neçə ayda kilsənin siyasi proseslərə, xüsusilə seçki ilə bağlı məsələlərə münasibətdə nümayiş etdirdiyi səssizlik bir çox ekspert tərəfindən “fırtına qabağı sakitlik” kimi qiymətləndirilir. Çünki tarix boyu Ermənistanda kilsə yalnız dini institut deyil, həm də siyasi təsir mərkəzi kimi çıxış edib. Vurğulandığı kimi, Paşinyan hakimiyyəti ilə kilsə arasında münasibətlərin uzun müddətdir gərgin olması diqqət çəkir. Hakimiyyətin bəzi qərarları və Qərbə inteqrasiya istiqamətində atdığı addımlar ənənəvi dairələr tərəfindən milli kimliyə təhlükə kimi təqdim olunur. Bu fonda kilsənin rusiyayönümlü qüvvələrlə eyni mövqedən çıxış etməsi ehtimalı da güclənir.
Bir sıra erməni analitiklər hesab edir ki, seçkilərdən sonra küçə etirazlarının təşkilində və ictimai narazılığın yönləndirilməsində kilsə mühüm rol oynaya bilər. Bu isə onsuz da həssas olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirəcək. Təsadüfi deyil ki, mayın 19-da Eçmiədzində toplanan kilsə rəhbərliyi məhz seçkiqabağı prosesi də müzakirə edib. Belə ki, katolikos II Qareginin sədrliyi ilə keçirilən toplantının gündəliyinə kilsə əleyhinə kampaniya, həbsdə olan kilsə nümiayəndələrinin və siyasətçilərin (burada söhbətin Samvel Karapetyandan getdiyi şübhə doğurmur), hökumətin təşəbbüsü ilə Ermənistan ordusunda və cəzaçəkmə müəssisələrində ruhani xidmətin dayandırılması ilə bağlı məsələlər daxil olub. Ermənistan mətbuatının yazdığına görə, kilsə şurası AŞPA (Avropa Şurası Parlament Assambleyası) seçkiqabağı nümayəndə heyətinin aralıq bəyanatını, Ermənistanda parlament seçkiləri ərəfəsində ölkədəki narahatedici vəziyyəti və seçkiqabağı və seçkisonrası məsələlərlə bağlı bəyanat da verib. Bəyanatda bildirilib ki, “Ali Ruhani Şura Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi seçki kampaniyası zamanı repressiya və qanunsuz güc tətbiqi də daxil olmaqla, qəbuledilməz təbliğat metodlarından dərin narahatlıq keçirir”. Kilsə AŞPA-nın seçkiqabağı nümayəndə heyətinin 13 may tarixli aralıq bəyanatında qeyd olunan Erməni Apostol Kilsəsinin “siyasətdə misli görünməmiş iştirakı”nın qiymətləndirilməsini çaşdırıcı hesab edir. Bu isə onu göstərir ki, kilsə həqiqətən də siyasi oyunların bir parçasına çevrilib və qarşıdakı dövrdə vətəndaş qarşıdurmasının əsas körükləyici vasitəsi kimi çıxış edə bilər.
Paşinyana hədə: “səni öldürəcəyik”...
Ermənistanda mümkün vətəndaş qarşıdurması ehtimalını gücləndirən əsas məqamlardan biri də son günlər kriminal qrupların və radikal çevrələrin fəallaşmasıdır. Sosial şəbəkələrdə müxtəlif cinayətkar qruplarla əlaqələndirilən şəxslərin siyasi mesajlar paylaşması, hakimiyyətə qarşı açıq təhdidlər səsləndirməsi ciddi narahatlıq doğurur. Xüsusilə Nikol Paşinyana qarşı sui-qəsd planları ilə bağlı yayılan iddialar ölkədə təhlükəsizlik vəziyyətinin nə qədər həssas olduğunu göstərir. Yeri gəlmişkən, bir neçə gün öncə Ermənistanın sosial şəbəkə platformalarında yayılan video da deyilənləri təsdiqləyir. Belə ki, videoda beş maskalı şəxs hazırki baş nazir Nikol Paşinyanı zorakılıqla hədələyir. Onlar iddia edirlər ki, Paşinyan “hər şeyə görə cavab verəcək”. Videodakı kişilər silahlıdırlar, əllərində avtomatlar var. Onlar Qarabağ ləhcəsində danışır və “Nikol, səni öldürəcəyik” deyə xəbərdarlıq edirlər.
Bundan əlavə, maskalı şəxslər Ermənistan vətəndaşlarını qarşıdan gələn seçkilərdə Paşinyana səs verməməyə çağırıblar. Buna görə də, videonun yaradıcılarının parlament seçkilərinin nəticələrinə çox həssas olduqlarını güman etmək olar. Qeyd edək ki, video ilə bağlı artıq cinayət işi açılıb və videoda “təhdid, real qətl təhlükəsi” olduğu vurğulanıb.
Sui-qəsdiçilərə cavab: hamınızı diz çökdürəcəyəm
Paşinyan isə bu videonun keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryan, eləcə də rusiyalı iş adamı Samvel Karapetyan və tanınmış erməni sahibkar Qaqik Çarukyan tərəfindən sifariş edildiyini irəli sürüb. Erməni ekspertləri hesab edirlər ki, videonun yayılmasında məqsəd əhali arasında panika yaratmaq, seçkidən sonrakı vətəndaş müharibəsi ilə bağlı indidən “münbit şərait” yaratmaqdır. Bundan əlavə, onlar videonun Ermənistandan kənarda, məsələn, Rusiyada çəkildiyini istisna elmirlər. Hətta bir politoloq hadisəni “klassik Rusiya əməliyyatı” adlandırıb.
Paşinyan isə daha sərt danışıb: “Bu uşaqlara baxın, bu böyük oğlanlara baxın. Bunlar Rob (Robert Köçəryan), Taşir (Samvel Karapetyan, onun “Taşir” adlandırıldığı yer), Serjik (Serj Sarkisyan), Qaqonun (Qaqik Çarukyan) uşaqlarıdır. Sizə tərəf dönürəm, sizi bir-bir tapacağam və maskalarınızı lazımi yerə qoyacağam. Silahın lüləsindən danışmıram. Siz böyük oğlanlar, maskalarınızı çıxarın, çıxın, kim olduğunuzu görəcəyəm. Robu, Taşiri, Qaqonu və Serji sizinlə birlikdə diz çökdürəcəyəm”.
Qarşıdurma qaçılmaz olacaq...
Beləliklə, gedən proseslər göstərir ki, Ermənistanda seçki sonrası dövr kifayət qədər mürəkkəb və riskli ola bilər. Hakimiyyətlə müxalifət arasında dərinləşən qarşıdurma, Rusiyanın bölgədəki maraqları, kilsənin mümkün fəallığı və radikal qrupların proseslərə qoşulması ölkəni təhlükəli ssenarilərlə üz-üzə qoyur. Əgər tərəflər kompromis yolunu seçməsə, hadisələrin küçə toqquşmaları və daha geniş daxili qarşıdurma mərhələsinə keçməsi mümkündür.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

