Milli Məclisin yaz sessiyası başa çatıb
27.05.2026 [10:36]
Prezident və Birinci xanıma Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik ünvanlanıb
Mayın 26-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
Spiker deputatlara ötən iki həftəyə yaxın dövrdə Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətlərinin iki səfəri barədə qısa məlumat verib. O, bildirib ki, mayın 14-də Özbəkistan Respublikasının Buxara şəhərinə işgüzar səfərdə məqsəd İkinci Asiya Qadınlar Forumunda iştirak etmək idi. Spiker deyib ki, o, Forumda etdiyi çıxışda Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verib.
Spiker deyib ki, Forumdakı çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Onun fəaliyyəti qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.
Spiker mayın 20-dən 22-dək Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib. O, deyib ki, səfərdə məqsəd MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında və altmışıncı plenar iclasında iştirak etmək idi.
Spiker bildirib ki, o, həm Şura iclasında, həm də plenar iclasda çıxış edib. Milli Məclisin sədri Şura iclasında müzakirə edilən məsələlər barəsində Azərbaycan parlamentinin mövqeyini iştirakçılara çatdırıb.
Assambleyanın iclası çərçivəsində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərova “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” medalı təqdim olunub.
Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatı slaydlar vasitəsi ilə təqdim edib. Komitə sədri ötən il ölkə Prezidenti tərəfindən təsdiq edilmiş, “Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın bu sahədə yeni mərhələ açdığını vurğulayıb. Fəaliyyət Planında qadınların sosial-iqtisadi fəallığının artırılmasının, təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsinin, iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsinin prioritet istiqamətlər kimi müəyyən edildiyini söyləyib. O, qeyd edib ki, hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilmiş, institusional mexanizmlər daha sistemli xarakter almış, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçmişdir. Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir.
Sonra parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Komitə sədri Azərbaycanda dövlət qadın siyasətinin, gender bərabərliyinin təmin edilməsinin hər zaman prioritet məsələlərdən olduğunu qeyd edib. O, vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Qeyd edilib ki, Parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı davamlı iclaslar, görüşlər keçirilir, müzakirələr aparılır.
Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Rizvan Nəbiyev, Məlahət İbrahimqızı, Ceyhun Məmmədov, Əli Məsimli, Elnarə Akimova, Azay Quliyev, Azər Allahverənov, Aydın Mirzəzadə, Tənzilə Rüstəmxanlı çıxış edərək, təqdim edilən sənəddə ölkəmizdə gender bərabərliyinin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş, əhatəli məlumatların verildiyini söyləyiblər, Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələri müsbət dəyərləndiriblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb.
Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. İclasda parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi, N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, B.M.Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələlər barədə məlumat verib.
İclasda təqdim olunan 6 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin üçüncü oxunuşda baxılan qanun layihələri olduğunu bildirib. O, qeyd edib ki, 8-ci və 9-cu məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyət etibarilə bir-biri ilə bağlıdır.
Spiker diqqətə çatdırıb ki, 8-ci məsələ “Maliyyə icarəsi haqqında”, 9-cu məsələ isə Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələridir.
İclasda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) qəbul edilib.
“Diplomatik xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) qəbul edilib.
Sonra Milli Məclisin sədri bildirib ki, bu gün yaz sessiyasının son iclasıdır. Spiker yaz sessiyasının yekunları barədə məlumat verərək deyib ki, sessiya ərzində parlamentin 15 iclası keçirilib, 57 qanun və 19 qərar qəbul edilib.
Sonra Milli Məclisin sədri Qurban bayramı və Müstəqillik Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını təklif edib. Spikerin təklifi alqışlarla qarşılanıb.
Çıxışına yekun vuran spiker Sahibə Qafarova Qurban Bayramı və Müstəqillik Günü münasibəti ilə deputatlara və parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələrinə də təbriklərini çatdırıb. O, Milli Məclisin yaz sessiyasının uğurla başa çatması ilə əlaqədar səmərəli iş üçün deputatlara təşəkkür edib və Milli Məclisin yaz sessiyasını bağlı elan edib.
Sonra iclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Beləliklə də Milli Məclisin yaz sessiyası başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

