Qalib ordunun şanlı günü
22.06.2026 [09:45]
Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri olan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər il böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar tarix təkcə hərbçilərin peşə bayramı deyil, həm də xalqımızın müstəqillik uğrunda mübarizəsinin, milli dövlətçilik ənənələrinin və tarixi zəfərlərinin təcəssümüdür. Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, qazandığı uğurlar və əldə etdiyi tarixi qələbələr bu gün ölkəmizin gücünün və dövlətimizin qüdrətinin ən mühüm göstəricilərindən biridir.
Azərbaycan milli ordusunun yaradılması tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli silahlı qüvvələrin təməli qoyuldu. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyət dövründə dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi ordu quruculuğuna xüsusi diqqət ayırdı. Həmin dövrdə yaradılan milli hərbi hissələr dövlətin müstəqilliyinin qorunmasında mühüm rol oynadı.
Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu quruculuğu prosesi yarımçıq qaldı. Sovet hakimiyyəti illərində azərbaycanlı hərbçilər müxtəlif hərbi hissələrdə xidmət etsələr də, müstəqil milli ordu mövcud olmadı. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan yenidən öz milli silahlı qüvvələrini yaratmaq imkanı əldə etdi.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ordu quruculuğunu ciddi şəkildə çətinləşdirirdi. Silahlı dəstələrin pərakəndə fəaliyyəti, vahid komandanlığın olmaması və idarəetmədəki problemlər ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi. Bu vəziyyət yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü şəkildə dəyişdi.
Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixə düşən Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etdi. Onun rəhbərliyi ilə nizamsız silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan peşəkar ordu formalaşdırıldı, hərbi intizam və idarəetmə sistemi təkmilləşdirildi. Ulu Öndər hər zaman ordunun dövlət müstəqilliyinin əsas dayaqlarından biri olduğunu vurğulayırdı. Məhz onun 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar Azərbaycan Ordusunun tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi hərbi inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirildi. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması və beynəlxalq standartlara uyğun hərbi sistemin qurulması istiqamətində mühüm addımlar atıldı. Bunun nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilməyə başladı.
Bu gün Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında inkişafının ən yüksək mərhələsini yaşayır. Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar, müasir silah və texnikanın alınması, hərbi təhsil sisteminin təkmilləşdirilməsi ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır.
Azərbaycanın müdafiə sənayesi kompleksinin yaradılması və inkişafı da ölkənin hərbi qüdrətinin güclənməsində mühüm rol oynayır. Hazırda ölkədə yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və bu sahə milli təhlükəsizliyin təmin edilməsində strateji əhəmiyyət daşıyır.
Azərbaycan Ordusunun beynəlxalq nüfuzu da ildən-ilə artır. Qardaş Türkiyə ilə həyata keçirilən birgə hərbi təlimlər, müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Xüsusilə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək hərbi əməkdaşlığın yeni mərhələsini formalaşdırmışdır.
Azərbaycan Ordusunun gücü yalnız statistik göstəricilərlə deyil, döyüş meydanında qazandığı qələbələrlə də təsdiqlənmişdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun yüksək döyüş hazırlığını və xalqın qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Lələtəpə yüksəkliyinin və digər strateji mövqelərin azad olunması uzun illərdən sonra ilk böyük hərbi uğur kimi tarixə yazıldı.
2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığını bir daha sübut etdi. Əldə olunan strateji üstünlüklər gələcək qələbələrin əsasını təşkil etdi və xalqda işğal altındakı torpaqların azad olunacağına inamı daha da gücləndirdi.
Bu inam 2020-ci ildə gerçəyə çevrildi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi zəfəri ilə nəticələndi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək düşmənin müdafiə xəttini yardı, şəhər və kəndlərimizi işğaldan azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas hadisələr oldu.
Xüsusilə Şuşa şəhərinin azad edilməsi Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirilir. Dağlıq ərazidə, əlbəyaxa döyüşlərlə qazanılan bu qələbə dünya hərb tarixində nadir əməliyyatlardan biri hesab edilir. Nəticədə, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycanın ərazi bütövlüyü böyük ölçüdə bərpa edildi.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bununla da Azərbaycan xalqı uzun illər gözlədiyi tarixi ədalətə qovuşdu.
Azərbaycan Ordusunun uğurlarının əsas mənbələrindən biri xalqla ordunun sarsılmaz birliyidir. Müharibə dövründə və sonrakı mərhələlərdə xalqın ordumuza göstərdiyi dəstək milli həmrəyliyin ən parlaq nümunəsinə çevrilmişdir. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin vətən sevgisi Azərbaycan tarixinin qızıl səhifələrində əbədi yaşayacaqdır.
Bu gün 108 illik şərəfli tarixə malik Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyinin, sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısıdır. Müasir silahlarla təchiz olunmuş, peşəkar kadr potensialına malik olan ordumuz dövlətimizin milli maraqlarını qətiyyətlə qorumağa qadirdir.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qəhrəman övladlarına ehtiramının, dövlətimizin qüdrətinin və qazandığımız tarixi zəfərlərin bayramıdır. Bu əlamətdar gün hər bir vətəndaş üçün qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik, dövlətçilik və milli birlik ideyalarının aşılanmasında mühüm rol oynayır. Güclü dövlət, güclü ordu və xalq birliyi Azərbaycanın gələcək inkişafının və yeni uğurlarının əsas təminatıdır.
Anar Fərəcov
YAP Yasamal rayon təşkilatının fəalı,
BDU-nun Filologiya fakültəsinin dekan müavini
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

