Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanla İordaniya arasında viza və enerji sahəsində iki sənəd imzalanıb

Azərbaycanla İordaniya arasında viza və enerji sahəsində iki sənəd imzalanıb

08.07.2026 [13:42]

Azərbaycan və İordaniya arasında viza rejiminin sadələşdirilməsi və enerji sahəsində əməkdaşlığa dair iki sənəd imzalanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Səfadi imzalayıblar.

Belə ki, tərəflər Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandum imzalayıblar.

Qeyd edilib ki, bu sənədlər insanlararası təmasların asanlaşmasına, turizm, biznes, iqtisadiyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31