Qaradağ seçiciləri yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər
07.04.2018 [10:02]
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. Yüksək seçici fəallığı və qələbəliklə baş tutan görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat verib. Aydın Hüseynov deyib ki, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. “Əminik ki, xalqımız 11 aprel tarixində öz işıqlı gələcəyi naminə ən düzgün qərarı verəcək və müasir Azərbaycanı son 15 ildə böyük zirvələrə qaldırmış, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərin memarı olan cənab İlham Əliyevə səs verəcək”.
Görüşdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu siyasətin son 15 ildə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsinin ölkəmizin hərtərəfli və uzunmüddətli inkişafına möhkəm əsaslar formalaşdırdığını diqqətə çatdırıb. “Partiyamızın namizədi cənab İlham Əliyevin titanik fəaliyyəti Azərbaycanı nümunəvi inkişaf modelinə malik güclü dövlətə çevirib. Bu gün hər bir Azərbaycan vətəndaşı öz ölkəsi və Prezidenti ilə qürur duyur. Hesab edirəm ki, bu amil aprelin 11-də insanların doğru seçim etmələri üçün əsas olacaq”, - deyə E.İbrahimov bildirib.
Çıxış edən Azərbaycan Rus İcmasının rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin deyib ki, bütün Azərbaycan xalqı kimi, Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir: “Bu mənada, Azərbaycan Respublikasının Prezidenti seçkilərində Rus İcması layiqli namizəd kimi cənab İlham Əliyevi yekdilliklə dəstəkləyir”.
Görüşdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Rasim Əliquliyev də prezident seçkilərinin Azərbaycanın demokratik inkişafında mühüm rolu barədə ətraflı məlumat veriblər. Daha sonra natiqlər YAP-ın namizədi cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində qazanılmış əzəmətli nailiyyətlər haqqında faktları diqqətə çatdıraraq Azərbaycanın möhtəşəm nailiyyətlərinin davamı üçün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Seçki Qərargahının üzvləri Xaliq Məmmədov, Nazim Hüseynov, rayon sakinləri Rafiq Şaxverdiyev, Süsən Fətullayeva, Allahverdi Məmmədov və digərləri də vurğulayıblar ki, seçicilər cənab İlham Əliyevə səs verməklə ölkəmizdəki sabitliyə, geniş islahatlar kursunun davamına, daha böyük iqtisadi nailiyyətlərə və vətəndaşların həyatlarının daha yaxşı təmin olunmasına səs vermiş olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

