Kim seçiləcək?
22.05.2025 [09:11]
Cənubi Koreya prezident seçkilərinə hazırlaşır...
İyunun 3-də Cənubi Koreyada prezident seçkiləri keçiriləcək. Dövlət başçısı vəzifəsinə yeddi nəfərin namizədliyi qeydiyyata alınmışdı. Namizədlər “Toburo” Demokratik Partiyasının keçmiş sədri Li Çje Myon, hakim “Vətəndaş gücü” partiyasından Kim Mun Su, İslahatlar Partiyasının rəhbəri Li Çjun Sok, Demokratik Fəhlə Partiyasından Kvon Yon Quk, Azadlıq və Birlik Partiyasından Ku Çju Va, həmçinin iki bitərəf namizəd Hvan Qyo An və Son Çjin Hodur. Lakin srağagün namizədlərdən biri - ultra-sağçı Azadlıq və Birlik Partiyasının həmsədri Ku Cu Va namizədliyini geri götürüb - o, mühafizəkar “Vətəndaş Gücü” partiyasının nümayəndəsi Kim Mun Sunu dəstəkləyəcəyini bəyan edib. Xatırladaq ki, aprelin 4-də Konstitusiya Məhkəməsi tərəfindən sabiq prezident Yun Sok Yol vəzifəsindən kənarlaşdırıldıqdan sonra ölkədə növbədənkənar prezident seçkiləri elan edilib.
Namizədlərin ideoloji fərqləri
Namizədliyi “Toburo” Demokratik Partiyası tərəfindən irəli sürülən Li Jae-myung 2022-ci ildən Koreya Respublikası Milli Assambleyasının deputatıdır. Ölkədə tanınmış hüquqşünas və siyasi xadim olan Li Jae-myung 2022-ci ildən 2025-ci ilə qədər Koreya Demokratik Partiyasının lideri olub. L.Jae-myung Chung-Ang Universitetində hüquq ixtisası üzrə ali təhsil alıb və karyerasına insan və işçi hüquqları üzrə mütəxəssis kimi başlayıb. 2005-ci ildən aktiv siyasətlə məşğul olmağa başlayan L.Jae-myung 2010-cu ildə Seongnam şəhərinin meri seçilib. L.Jae-myung liberal-demokratik iqtisadi siyasətin tərəfdarı və Qərb dəyərlərinin təbliğatçısıdır. O, ABŞ - la müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verən siyasətçidir.
Hakim “Vətəndaş gücü” partiyasının namizədi Kim Mun Su 2024-2025 - ci illərdə ölkənin məşğulluq və əmək naziri vəzifəsində çalışıb. O, 1994-cü ildə Seul Milli Universitetini bitirib. K.Min Su keçən əsrin 70-ci illərində işçi hüquqlarını müdafiə edən fəallardan biri olub. Dəfələrlə, öz fəaliyyətinə görə, təqiblərə məruz qalıb və həbs olunub. 1990-cı ildə K.Mun Su Xalq Partiyasının yaradılmasında iştirak edib və həmin partiyanın Əmək Münasibətləri Komitəsinin sədri vəzifəsində çalışıb. K.Mun Su da sağ-mərkəzçi - mühafizəkar-liberal baxışlarına malik olan siyasətçidir.
İslahatlar Partiyasının rəhbəri Li Çjun Sok Hadvard Universitetinin məzunudur. O, təhsilini başa vurub ölkəsinə qayıtdıqdan sonra aktiv siyasətlə məşğul olmağa başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb. Li Çjun Sok mühafizəkar mövqeyi ilə tanınan siyasətçidir - o, feminizm dəyərlərinin qatı tənqidçisidir. Xarici siyasətdə ABŞ və Qərblə münasibətlərin dərinləşdirilməsinin tərəfdarıdır.
Demokratik Fəhlə Partiyasının namizədi Kvon Yon Quk sol yönümlü siyasətçidir.
Müstəqil namizəd Hvan Qyo An 2015-2016-cı illərdə Koreya Respublikasının baş nazir və 2016-cı ildən 2017-ci ilə qədər ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edib. 2019-cu ilin yanvarında Koreya Azadlıq Partiyasına qoşulub və 2019-cu ildə isə partiyanın lideri seçilib. Lakin bir müddət sonra partiya sədrliyindən istefa verib. H.Qyo An Sungkyunkvan Universitetində hüquq fakultəsini bitirib. İdeoloji cəhətdən liberal-demokratiyaya yaxındır.
6 namizəd qaldı...
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Avrasiya və Şərqi Asiya regionu üzrə tədqiqatçısı Vüsal Quliyev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, son sorğulara görə, iki namizəd - Li Jaemyung, yaxud Li Çjun Sokun prezident seçilməsi ehtimalı böyükdür. “Hazırda Cənubi Koreyada siyasi müstəvidə ciddi hadisələr baş verir. Prezident Yun Sok Yolun 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ölkədə siyasi böhrana səbəb oldu və nəticədə 2025-ci ilin aprelində impiçmentlə vəzifəsindən uzaqlaşdırıldı. Konstitusiyaya əsasən, 60 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir və bu səbəbdən növbədənkənar prezident seçkiləri 3 iyun 2025-ci il tarixinə təyin edilib. Prezidentlik kürsüsü uğrunda hal-hazırda 6 namizəd arasında mübarizə gedir. Kəskin mübarizə şəraitində iki namizədin adı ön plana çıxır. Demokratik Partiyanın namizədi və əsas favorit olan Li Jae-myung, iqtisadi bərpa, süni intellekt və yaşlı əhali üçün sosial dəstək proqramları vəd edir. Xarici siyasətdə ABŞ və Yaponiya ilə əməkdaşlığı davam etdirməklə yanaşı, Çin və Rusiya ilə balanslı münasibətlər qurmağı hədəfləyir. “Vətəndaş Gücü” Partiyasının namizədi və keçmiş Əmək naziri olmuş Kim Moon Su, ABŞ ilə hərbi əməkdaşlığın gücləndirilməsi və ölkəsinin dəniz sularında ABŞ-ın nüvə sualtı qayıqlarının yerləşdirilməsini təklif edir. Partiya daxilindəki mübahisələr və keçmiş prezident Yoonun dəstəyi ilə bağlı tənqidlərə baxmayaraq, Kim seçkilərdə iştirak edir . Ola bilsin ki, seçkilərin iki turu keçirilsin. Böyük ehtimalla, bu iki namizəddən biri Koreyanın prezidenti seçiləcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

