Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail şirkəti süni intellektlə xərçəng dərmanını 8 saata təkmilləşdirdi

İsrail şirkəti süni intellektlə xərçəng dərmanını 8 saata təkmilləşdirdi

05.05.2026 [21:10]

İsraildə yaradılan “Converge Bio” biotexnologiya şirkəti süni intellekt vasitəsilə xərçəng dərmanlarının təkmilləşdirilməsi istiqamətində mühüm nəticə əldə edib.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkət açıqlama verib. Bildirilib ki, süni intellekt platforması cəmi bir sorğu əsasında səkkiz saat ərzində xərçəng dərmanı olan setuksimabı təkmilləşdirə bilib.

Qeyd edilib ki, sistem 100 min variant arasından mövcud dərmandan iki dəfə daha uğurlu olanı seçib. Bu nəticələr üzrə müvəqqəti patent müraciəti edilib.

Şirkətdən bildirilib ki, əldə olunan nəticələr süni intellektin dərman kəşfini sürətləndirmək və mövcud müalicə üsullarını daha effektiv etmək potensialını göstərir.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31