Sahibkarlar üçün yeni güzəştlər qüvvəyə minir
01.09.2026 [11:20]
Qeyri-neft məhsulları ixracatçılarının gömrük və daşınma xərclərinin bir hissəsi dövlət hesabına kompensasiya ediləcək
Sentyabrın 1-dən etibarən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək. Dövlət başçısının “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmanına uyğun olaraq, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya olunacaq. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək.
Daşıma xərclərinin subsidiyalaşdırılması dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunacaq.
Ümumilikdə, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödəniləcək. Yeni mexanizm, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
Naxçıvanın qeyri-neft istehsalçılarına dəstəyi
Hökumət qeyri-neft sektorunun inkişafını prioritet hesab edir və ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə belə bir addım atır. Həmçinin ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından neftdənkənar sahələrin inkişafının xüsusi əhəmiyyət daşıdığı nəzərə alınaraq yerli malların xarici bazarlara çıxış imkanlarını daha da gücləndirmək istəyir. Ancaq bir sıra amillər, xüsusilə də logistik xərclərin yüksəkliyi istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olur. Yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur. Bu məqsədlə qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması üçün biznesə xüsusi dəstək və güzəştlərin verilməsi nəzərdə tutulur.
Güzəşt mexanizmi Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək. Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq. Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.
Güzəştlər qeyri-neft ixracını artırır
Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına və ixracın artmasına əlavə stimul verəcək.
Ümumilikdə, hökumətin yeni güzəştləri qeyri-neft ixracının artmasına hesablanmış siyasətin tərkib hissəsi kimi səciyyələndirilə bilər. Son illərdə dövlət tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. İxracla məşğul olan biznes subyektlərinə müxtəlif güzəştlər, o cümlədən vergi-gömrük güzəştləri tətbiq olunub, ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilib, habelə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəkləri verilib. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilib. Həmin dəstəkləyici və stimullaşdırıcı tədbirlər sayəsində son 5 ildə qeyri-neft ixracı 50 faizdən çox artıb.
Yeri gəlmişkən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib. İxracda aqrar məhsullar 22,1 faiz artaraq 673,4 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8 faiz artaraq 223,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8 faiz artaraq 896 milyon dolları ötüb.
İxrac edilmiş qeyri-neft sektoruna aid malların əsas bazarı Rusiya Federasiyası (731,7 milyon dollar) və Türkiyə (390,6 milyon dollar) olub. Gürcüstana isə 328,1 milyon, İsveçrəyə 251,6 milyon, Ukraynaya 85 milyon dollar dəyərində qeyri-neft malları ixrac olunub.
“Milli ixrac strategiyası” - qeyri-neft ixracının hədəf xəritəsi...
Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Həmin hədəflərə çatmaq üçün yeni sənəd - “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Strategiyaya əsasən, 2030-cu ilədək qeyri-neft ixracının illik 13-15 faiz artımla 7-8 milyard dollara çatdırılması planlaşdırılır. Qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 350 dollardan 700 dollara çatdırılması hədəflənib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

