Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kaliforniyada rekord qiymət: benzinin qallonu 6 dollardan baha satılır

Kaliforniyada rekord qiymət: benzinin qallonu 6 dollardan baha satılır

06.05.2026 [20:43]

ABŞ-də benzinin bir qallonu (3,79 litr) orta hesabla 4,48 dollara satılır. Bu da İranda hərbi əməliyyatların başlamasından bəri təxminən 50 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Milli Avtomobil Assosiasiyasına istinadla məlumat yayıb. Assosiasiyanın məlumatına görə, İranda hərbi əməliyyatın ilk günündə ABŞ-də benzinin qallonunun orta qiyməti 2,98 dollar idi. Son bir həftə ərzində yanacağın qiyməti daha 31 sent artaraq 2022-ci ildən bəri rekord həddə çatıb. Hazırda benzinin ən yüksək qiyməti Kaliforniya ştatında qeydə alınıb - 6,10 dollar.

Agentlik qeyd edir ki, yanacaq qiymətlərinin artmasının əsas səbəbi ABŞ və İsrailin İranla hərbi münaqişəsi nəticəsində yaranmış qlobal enerji böhranıdır. Aprelin ortalarında Birləşmiş Ştatlarda benzin qiymətləri nisbətən ensə də, Vaşinqton İrana qarşı dəniz blokadasına başladıqdan sonra bahalaşmanın yeni dalğası başlayıb.

ABŞ-də benzinin orta qiymətinin ən yüksək həddi 2022-ci ilin iyun ayında, bir qallonun qiyməti 5 dolları keçdikdə qeydə alınıb.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31