Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib

Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib

11.05.2026 [07:50]

Qazaxıstanın Astana şəhərinin hava məkanında hərbi aviasiyanın təlim uçuşları başlayır.

AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu, mayın 15-də keçiriləcək qırıcı təyyarələrin nümayiş uçuşuna hazırlıq məqsədi daşıyır. Uçuşlar Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin adi planlı tədbirləri çərçivəsində keçirilir.

Qırıcı təyyarələrin uçuşu və təlim tədbirləri təhlükəsiz hündürlükdə keçiriləcək və şəhər həyatının normal ritmini pozmayacaq. Paytaxt sakinlərindən və qonaqlardan uçuşlar zamanı yarana biləcək səs-küyü anlayışla qarşılamaları xahiş edilib.

Müdafiə Nazirliyi uçuşların təhlükəsizlik tələblərinə uyğun təşkil olunduğunu və ictimaiyyət üçün heç bir təhlükə yaratmadığını, rəngli tüstünün istifadəsinin isə nümayiş məqsədi daşıdığını və ətraf mühitə zərərli təsir göstərmədiyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31