Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

10.08.2026 [19:16]

Türkiyənin İzmir və Muğla vilayətlərində “miqrant qaçaqmalçılığı” şəbəkələri üzə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, ölkənin Jandarma Təşkilatı və Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində 132 qeyri-qanuni miqrant və onların qanunsuz yollarla ölkədən çıxmasına kömək edən 9 təşkilatçı saxlanılıb. Miqrant qaçaqmalçılığı təşkilatçılarından 4-ü barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı prosessual tədbirlər davam edir.

Saxlanılan qeyri-qanuni miqrantlar Vilayət Miqrasiya İdarələrinin müvafiq bölmələrinə təhvil verilib və onların ölkədən deportasiyası ilə bağlı prosedurlara başlanılıb.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31