Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

15.08.2026 [20:39]

İsveç Avropada yelkənli yaxtalarda “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, yarış Stokholmun mərkəzindəki Riddarfyörden körfəzində keçirilir və dünyanın hər yerindən komandaları bir araya gətirib.

Turnir iki ildən çoxdur ki, dünya çempionatına hazırlaşan “Gamla Stans Yacht Sällskap” yaxta klubu tərəfindən təşkil olunub. Layihənin meneceri Maqnus Mührenberqin sözlərinə görə, yarışın əsas məqsədi İsveçdə və Skandinaviya ölkələrində bu yelkənli idman növünə marağı artırmaqdır.

“Team Kroken” komandası turnirdə uğurlu başlanğıc edərək İsveçi çempionatda təmsil edir. Komanda qeyd edib ki, doğma sular və azarkeşlərin dəstəyi idmançılar üçün əlavə motivasiya yaradır.

Yarışçılar ümid edirlər ki, dünya çempionatına ev sahibliyi etmək yeni yaxta klublarının cəlb olunmasına və bu sahənin coğrafi əhatə dairəsinin genişləndirilməsinə kömək edəcək. Hazırda İsveçdə belə klublar azdır və bu da yarışların sayını məhdudlaşdırır. Təşkilatçılar gələcəkdə Şimali Avropanın bütün ölkələrinin layihəyə qoşulacağına və Skandinaviya çempionatının keçiriləcəyinə ümid edirlər.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31