Ermənistan yenidən Gürcüstana qarşı ərazi iddiasını gündəmə gətirir
05.10.2018 [08:46]
Qondarma separatçı rejim rəhbəri Saakyanın tanınmayan Abxaziyanı dəstəkləməsi Ermənistanın Gürcüstanın daxilində yenidən qarşıdurmalar yaratmaq niyyətindən xəbər verir
Xəbər verildiyi kimi, bir neçə gün öncə, sentyabrın 27-də gürcü xalqı müasir tarixinin ən qanlı və kədərli hadisələrindən birini - Suxuminin işğalının 25 illiyini qeyd etdi. Ermənilərin Baqration batalyonunun Suxumi uğrunda gedən döyüşlərdə gürcülərə qarşı vuruşduğunu və xüsusi qəddarlıqla fərqləndiyini isə hələ də Gürcüstanda yaxşı xatırlayırlar. Vurğulanmalıdır ki, zaman-zaman öz xislətini ortaya qoyan, separatizmi önə çəkən ermənilər bu dəfə də “ənənələrinə xilaf çıxmayıblar”. Belə ki, Suxuminin işğalının 25 illiyi və tanınmayan Abxaziyanın yaradılmasının ildönümü münasibətilə separatçı Abxaziya rəhbəri Raul Xadjimbaya “Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik məhz Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin rəhbəri Bako Saakyandan gəlib. Qondarma rejimin rəhbəri məktubunda qeyd edir ki, 25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçmişdir. Məktubda vurğulanıb: “Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə qarşılaşır, öz dövlətlərini gücləndirirlər”.
Əslində, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bütün yazışmalarının, apardığı siyasətin Ermənistan XİN tərəfindən həyata keçirilməsi, yönləndirilməsi heç kimə sirr deyildir. Bu mənada, Ermənistanın Bako Saakyanın dili ilə Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə nəinki hörmət etmədiyi, hətta onu pozmağa çalışdığı bir daha açıq şəkildə nümayiş olunur. Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyillərini dəstəkləməsi isə “böyük Ermənistan” xülyasının tərkib hissəsi olaraq Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının daim aktual olmasından xəbər verir. Yaddan çıxarmaq olmaz ki, Ermənistan tərəfi zaman-zaman Cavaxetiyaya ərazi iddialarını səsləndirir, hətta bununla bağlı aksiyalar belə təşkil etdirir. Məsələn, 2010-cu ildə Yerevanda Gürcüstanın Ermənistandakı səfirliyi qarşısında məhz Cavaxetiya iddiası ilə aksiya keçirilmişdi və aksiya iştirakçıları Gürcüstana qarşı ərazi iddiaları irəli sürərək, Samsxe-Cavaxetiya bölgəsinin Gürcüstandan ayrılaraq müstəqil olmasını tələb etmişdilər. Ermənistanın “Yeni Mühafizəkarlar Hərəkatı”nın təşkil etdiyi bu aksiyaya polis müdaxilə etməmişdi və bu da həmin mitinqin Ermənistanın rəsmi qurumları ilə razılaşdırıldığını bir daha təsdiqləmişdi.
Bəli, ermənilərin işğalçı siyasətinə qarşı dünyanın aparıcı güclərinin loyallıq nümayiş etdirməsi deyəsən, işğalçıları başqa tamaha salır. Fakt ortadadır: Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan, heç bir hüquqi norma tanımayan, hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrini belə saymayan, işğalçılıq siyasətinə son verməyən Ermənistana qarşı ciddi sanksiyaların həyata keçirilməməsi onların Gürcüstana da diş qıcamasına səbəb olur. Bu isə regionda yeni qarşıdurmaların yaranmasına gətirib çıxara bilər. Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinə görə cəzalandırılmayan Ermənistan bu dəfə açıq şəkildə Gürcüstanda separatizmi dəstəkləyir. Bu isə regionda sülhün və əməkdaşlığın inkişafına yeni bir təhdidin ortaya çıxmasından xəbər verir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10

