/ / Prezident İlham Əliyev Meksika Deputatlar Palatası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Meksika Deputatlar Palatası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18.07.2012 [23:08]
Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin son illər uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edən Prezident İlham Əliyev bu sahədə əməkdaşlığı fəal şəkildə genişləndirməyin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı iqtisadi sahədə də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmini vurğulayıb. ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirib və minnətdarlığını bildirib. Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquerin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu deyib və mükafatı ona təqdim edib.
Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Marcos Perez Esquer minnətdarlığını ifadə edib.
Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaqua Azərbaycana qardaş ölkə kimi böyük önəm verdiklərini və ölkəmizlə əlaqələri bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməkdə maraqlı olduqlarını deyib.
Görüşdə ölkələrimizin iqtisadi, mədəni, təhsil və parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

