Prezident İlham Əliyev Parisdə MEDEF-in üzvü olan iş adamları ilə görüşüb
20.09.2012 [16:22]
Dövlətimizin başçısını “MEDEF International”ın rəhbəri Jan Bürel qarşılayıb.
Jan Bürel MEDEF-ə üzv olan iş adamları ilə görüşə vaxt ayırdığı üçün Azərbaycan Prezidentinə təşəkkür edib. Bildirib ki, görüşdə müxtəlif şirkətləri təmsil edən 60-a yaxın iş adamı iştirak edir.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, MEDEF-ə üzv olan iş adamları ilə keçirilən əvvəlki görüşlər Azərbaycan ilə Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaranmasına mühüm töhfə verib.
Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını bildirib. İqtisadi əməkdaşlığımızın gələcəkdə daha da şaxələndiriləcəyini söyləyən Prezident İlham Əliyev deyib ki, Fransanın aparıcı “Total” və “GDF-Suez” şirkətləri Azərbaycanın uzunmüddətli tərəfdaşıdır.
Azərbaycanın enerji siyasətinin artıq regionun hüdudlarından kənara çıxdığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tərəfdaşları ilə birgə işləyir. “Azərbaycan nəhəng neft-qaz ehtiyatlarına malik ölkədir”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkəmizin şaxələndirilmiş boru kəmərləri infrastrukturu var. Hazırda Azərbaycanın qaz ehtiyatlarını müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcək yeni boru kəmərlərinin reallaşdırılması üzərində iş gedir. “Enerji təminatı marşrutlarının şaxələndirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir”, - deyən Prezident İlham Əliyev bildirib ki, bu sahədə Azərbaycanın maraqları avropalı tərəfdaşların maraqları ilə üst-üstə düşür və bu gün ölkəmiz Avropanın etibarlı tərəfdaşıdır.
Hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Fransa şirkətlərinin də regionun və Avropanın enerji xəritəsini dəyişəcək TANAP layihəsinə cəlb olunmasına tərəfdardır.
Ölkəmizin iqtisadi uğurları haqqında danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq iqtisadiyyatın şaxələndirilməsinə nail olub. Dövlətimizin başçısı bu ilin altı ayı ərzində ölkəmizdə qeyri-enerji sektorunda ümumi daxili məhsulun 10 faiz, ümumiyyətlə, son 8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdırıb.
Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan iş adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr və digər məsələlərlə bağlı suallarla Prezident İlham Əliyevə müraciət ediblər.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırkı vəziyyəti və gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verib.
Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir.
Xəbər lenti
Hamısına baxElm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17

