Xocalı aeroportunda dalğalanan yeganə Bayraq!
14.06.2024 [09:50]
Sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxarılması prosesi başa çatıb
Mübariz ABDULLAYEV
Son 4 ildə Azərbaycan xalqı bir-birinin ardınca tarixi hadisələrə, tarixi günlərə şahid olmağın sevincini yaşayıb. Ərazi bütövlüyümüzün təmin edilməsi, Şuşada, Laçında və digər şəhərlərimizdə ay-ulduzlu bayrağımızın ucaldılması, ekofəalların aksiyaları, Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsinin qurulması, Qarabağda süverenliyimizin tam təmin edilməsi, Xankəndinin separatçılardan təmizlənməsi, Prezident İlham Əliyevin burada da Azərbaycan Bayrağını ucaltması...
Daha bir tarixi hadisənin sevincini isə iyunun 12-də yaşadıq. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun12-də başa çatıb. Bununla da Xocalı aeroportunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb. Müdafiə Nazirliyinin yaydığı videoda bayrağın qaldırılması ilə bağlı unudulmaz görüntülərəksini tapıb.
Aeroport necə işğal olunmuşdu...
Erməni soyqırımlarının 1988-1993-cü illərdəki mərhələsi xüsusi amansızlığı ilə səciyyələnir. Bu mərhələdə Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu. Burada 1992-ci il fevralın25-dən 26-na keçən gecə insan təsəvvürünə sığışmayan dəhşətli qırğınlar törədildi. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixindədinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenit sakimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
İşğal zamanı, həmçinin Xocalı aeroportu da düşmənin nəzarəti altına keçdi. Zamanında Azərbaycanın büdcə vəsaitləri ilə inşa olunan bu hava limanı ilk dəfə 1974-cü ildə istifadəyə verilib. Aeroport Xocalı rayonunda, Xankəndi şəhərinin 10 kilometrliyində yerləşir. İşğal zamanı aeroport tamamilə dağıdılmışdı və yararsız hala düşmüşdü. İlhaq etdikləri ərazilərimizdə əbədi yaşayacaqlarını düşünən ermənilər tarixi şəhərlərimizin, o cümlədən də Xocalının adını dəyişərək 2009-2012-ci illərdə aeroportda əsaslı təmir işləri həyata keçiriblər. Onlar aeroporta beynəlxalq status almağa çalışsalar da, Azərbaycan buna kəskin etirazlarını bildirib və müvafiq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Buna görə dəhava limanı 2020-ci ilə qədər BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik olmayıb. 2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin AzərbaycanRespublikasının Xankəndi də daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlıBeynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciətimüsbət cavablandırılıb.
Azərbaycan Liderinin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin daha bir əyani təsdiqi
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti beş il müddətinə -10 noyabr 2025-ci ilə qədər Qarabağda yerləşdirilmişdi. Sülhməramlı kontingentin tərkibində 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 avtomobil və xüsusi texnika olub. Davamlı olaraq müstəqillik və suverenlik prinsiplərindən çıxış edən Azərbaycan 19-20 sentyabr 2023-cü ildə təxminən 11 min erməni hərbi kontingentinin qaldığı Qarabağ ərazisində lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Həmin tədbirlər uğurla nəticələndi və separatçılar cəmi 23 saatdan sonra ağ bayraq qaldırdılar. Bundan sonra erməni əhali də könüllüsurətdə Xankəndini və digər yaşayış məntəqələrini tərk etdilər. Zamanında ermənilər soyuq qış gecəsində Xocalıdan meşələrə qaçan dinc insanları belə güllə yağışına tutmuşdular. Azərbaycan isə humanist yanaşma sərgiləyərək erməni əhalinin könüllü yerdəyişməsinə heç bir maneçilik yaratmadı.
Uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərində qalmasınazərurət yox idi. Buna görə də Azərbaycan və Rusiyanın ali rəhbərliyi cari ilin aprel ayında sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə razılığa gəliblər. Eyni zamanda, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də aprelin 26-da fəaliyyətini dayandırıb. İndiyədək sülhməramlıların nəzarət həyata keçirdikləri buraxılış məntəqəsinin hamısı mərhələlərlə ləğv edilib. Xatırladaq ki, bundan əvvəl mayın 15-də Xocalı aeroportu ərazisində Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirilib. Qeyd edək ki, sülhməramlıların əsas bazası Xocalı aeroportunun ərazisində yerləşirdi. Burada zabitvə sıravi heyətin yaşaması və işləməsi üçün 12-yə yaxın mobilbina, texniki və rabitə xidməti üçün obyektlər quraşdırılmışdı.
Artıq Xocalı aeroportunda dalğalanan yeganə bayraq Azərbaycan Bayrağıdır. Rusiya sülhməramlı kontingentinin ərazilərimizdən vaxtından əvvəl tam şəkildə çıxarılması Prezident İlham Əliyevin strateji yanaşmalarının, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin daha birəyani təsdiqidir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

