/ / İslamabadda Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB 2
İslamabadda Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB 2
11.07.2024 [19:20]
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif görüşdə çıxış edərək dedi:
-Mənim çox əziz qardaşım Prezident Əliyev və nümayəndə heyətinizin hörmətli üzvləri. İcazə verin, Sizi və nümayəndə heyətinizi Pakistan hökuməti və xalqı adından bir daha səmimi-qəlbdən salamlayım. Astanadakı görüşümüzdən sonra Sizinlə bir daha görüşməkdən böyük şərəf və iftixar hissi duyuruq.
Telefon söhbəti zamanı ölkəmizə səfərə dəvətimi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram. Siz dəvəti qəbul edərək, tez bir zamanda səfərin tarixini müəyyənləşdirdiniz. Sizi əmin etmək istəyirəm ki, Pakistan xalqı Sizi televiziyada və sosial mediada gördüyü üçün bu gün çox məmnundur. Onlar bilirlər ki, mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək.
Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik.
Zati-aliləri, düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb. Mənim komandam hazırdır. Neft naziri doktor Müssədiq Malik haradadır? Mən təfərrüatı ilə hazırlaşmaq, həmkarlarına ən mənfəətli və hər iki ölkəyə, xalqa dividendlər gətirən təkliflər irəli sürməsi üçün onunla iki görüş keçirdim. Bu kontekstdə mən bir qədər əvvəl Azərbaycandan bu sahələrə müəyyən investisiyalar yatırılmasını təklif etdim. Bir şərtlə ki, Siz və komandanız onları ilkin olaraq 2 milyard dollardan başlayaraq təsdiqləyəsiniz və sonra biz həqiqətən də irəli gedə bilək.
Bundan əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.
Zati-aliləri, mən daha bir neçə məqamı qeyd edərdim, lakin indi sözü Sizə verirəm.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
-Əziz qardaşım Baş nazir. İlk növbədə, dəvətə görə təşəkkür edirəm. Yenidən qardaş ölkə Pakistanda olmağa və Sizinlə fəal dialoqumuzu davam etdirməyə çox şadam. Biz beynəlxalq tədbirlər çərçivəsində, həmçinin ötən ilin iyununda Sizin Azərbaycana rəsmi səfəriniz zamanı dəfələrlə görüşmüşük. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, biz bir aydan az vaxt bundan əvvəl bir-birimizi Qurban bayramı münasibətilə təbrik edərkən bu səfərlə bağlı razılığa gəldik. Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacağıq. Lakin Siz tamamilə haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir. Biz ikitərəfli formatın geniş gündəliyini hazırladıq. Sahələrdən biri investisiya imkanlarıdır. Bu gün bir qədər əvvəl görüşümüz zamanı müzakirə etdiyimiz kimi, biz Pakistanda investisiya layihələri ilə bağlı praktiki təklif görmək istəyirik. Komandalarımız əlbəttə ki, bu gün bununla məşğul olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

