ABŞ Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
30.05.2025 [07:49]
Donald Tramp: Qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik
ABŞ-ın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb
Yerləşdiyimiz Cənubi Qafqaz regionunda formalaşan post-müharibə reallıqları Azərbaycanı yeni dövrdə qlobal mühitin ən diqqətçəkən aktorlarından birinə çevirib. Strateji geocoğrafi ərazidə təhlükəsizlik arxitekturası yaratması, iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərarası, hətta sivilizasiyalararası münasibətlərin inkiaşfına verdiyi töhfə Azərbaycanın aparıcı güc kimi əhəmiyyətini artırıb. Nəticə etibarı ilə rəsmi Bakının bütün platformalar üzrə yaxın tərəfdaş, inamlı əməkdaş statusu daha da möhkəmlənib. Ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Xoş mərama əsaslanaraq irəli sürdüyümüz təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub bunun bariz sübutudur. Məktubda bildirilir ki, “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk”.
Beynəlxalq terrorizmə qarşı mübarizə, enerji tərəfdaşlığı...
Qeyd edilməlidir ki, Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub - son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi qeyd edilməlidir. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Məktubda qeyd olunur ki, “30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək”.
Beləliklə, ABŞ-ın Azərbaycanla son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri növbəti dəfə özünü təcəssüm etdirir. Vaşinqton ilə Bakı arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə ortaya qoyduğu səylər yüksək dəyərləndirilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən işlər Prezident Tramp tərəfindən hər zaman müsbət qarşılanır.
Paralel olaraq Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tblisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Prezident İlham Əliyev məktubunda bildirib ki, enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləyib.
Azərbaycanın sülh təşəbbüsləri...
Ağ Ev həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesi diqqət mərkəzində saxlayır. Bunu danışıqlar prosesinə olan maraq da təsdiqləyir. Donald Tramp öz məktubunda bildirir ki, “ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.
Bəli, bölgə üçün mühüm iqtisadi-siyasi dividendlər vəd edən sülh prosesi beynəlxalq diqqəti regiona cəlb edir. 2022-ci ildən başlayaraq Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan sülh prosesi həm də özünün məntiqi sonuna yaxınlaşır - Ermənistan ilə Azərbaycan bu ilin martında sülh sənədinin bütün müddəaları ətrafında razılığa gəliblər. Sülhün imzalanmasına bir addım qalır - bölgədə əbədi, dayanıqlı sülhün əldə olunması, təhlükəsizlik mühitinin daha dərinləşdirilməsi üçün Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidir - bunun üçün isə ölkə Konstitusiyasında yer alan qondarma iddialar aradan qalxmalıdır.
Paralel olaraq ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi də reallaşmalıdır. Nəzərə alsaq ki, bu qurum hələ 1990-cı illərin əvvəlində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmışdı, indiki halda onun varlığına ehtiyac yoxdur - Qarabağ münaqişəsi artıq 5 ildir ki, tarixə qovuşub. Beləliklə, Ermənistan qarşılıqlı etimadın və əbədi sülhün əldə olunması üçün üzərinə dünən məsuliyyəti yerinə yetirməlidir.
Tramp Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Müasir dövrdə ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir. ABŞ Prezidenti Trampın məktubunda bu məqam xüsusi yer alır - əlaqələri daha da gücləndirmək. Diqqət yetirsək, ABŞ Prezidentinin bir neçə ay öncə, Novruz Bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda da paralel tezislər yer alırdı. Bu isə onu deməyə əsas verir ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur - məktubda bildirilir ki, “biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik”.
Qeyd edilməlidir ki, Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb.
2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.
Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildiriblər.
44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövlüyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38

