Naxçıvanın yeni dirçəliş dövrü
14.08.2026 [11:35]
Ötən dövrdə Naxçıvanda çoxlu sayda iqtisadi və sosal təyinatlı infrastruktur obyektlərinin istifadəyə verilməsi, möhkəm enerji təminatına nail olunması, həmçinin özəl sektorun davamlı şəkildə dəstəklənməsi muxtar respublikanın perspektiv inkişafı üçün fundamental zəmin formalaşdırıb. Hazırda əsas vəzifə bu bazaya əsaslanmaqla yeni strateji mərhələdə muxtar respublikanın davamlı inkişafını təmin etmək, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırmaq və sosial islahatlar xəttini daha da gücləndirməklə vətəndaş məmnunluğunun yüksəlməsinə nail olmaqdır. Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Naxçıvana növbəti səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ifadə etdiyi fikirlərdən, həmçinin qatıldığı tədbirlərdən bir daha aydın olur ki, muxtar respublikada inkişaf dönməz xarakter alıb və hazırda Naxçıvan tarixinin yeni dirçəliş dövrünü yaşamaqdadır.
Naxçıvanın təhlükəsizliyinin ikinci vacib məsələsi - etibarlı enerji təchizatı
Muxtar respublikanın dayanıqlı inkişafının və iqtisadi təhlükəsizliyinin strateji dayaqlarından biri enerji təminatının şaxələndirilməsi və müasir enerji infrastrukturunun formalaşdırılmasıdır. Prezident İlham Əliyev müsahibəsində həssas coğrafiyada yerləşən Naxçıvanın enerji təhlükəsizliyini fiziki təhlükəsizlikdən sonra ikinci vacib amil kimi səciyyələndirib.
Artıq “Naxçıvan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının və Regional Rəqəmsal İdarəetmə Mərkəzinin, həmçinin “Çeşməbasar”, qapalı tipli “Naxçıvan” və “Babək” yarımstansiyalarının inşası başa çatdırılıb. Hazırda isə gücü 36 meqavat olan “Ordubad” və 15,6 meqavat gücündə “Tivi” su elektrik stansiyalarının, eləcə də “Çevirici” yarımstansiyalarının tikintisi davam etdirilir.
Bu işlərin davamlılığının təmin edilməsi məqsədilə 2024-cü il 23 dekabr tarixində imzalanmış sərəncamla muxtar respublikada yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər müəyyən edilib. 2025-ci il 5 avqust tarixində təsdiq olunmuş sərəncamla isə paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpasına dair 2026-2030-cu illəri əhatə edən Tədbirlər Planı qüvvəyə minib. Tədbirlər Planı şəbəkədə itkilərin azaldılmasına, enerji təchizatının fasiləsizliyinin və keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının təməli qoyulub. Eyni zamanda, bu parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. “Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın” deyən Prezident İlham Əliyev inşası nəzərdə tutulan istilik elektrik stansiyasının önəminə diqqət çəkərək vurğulayıb: “Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir”.
Naxçıvanda enerji istehsalının artırılmasının digər bir mənbəyi bərpaolunan enerji imkanlarından geniş şəkildə istifadə olunması perspektividir. Bu bölgədə Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar. 25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.
Gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında isə “Enerso” MMC tərəfindən topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq.
Su təhlükəsizliyi və aqrar sahədə yeni model
Naxçıvanın təbii-coğrafi xüsusiyyətləri nəzərə alınmaqla su təhlükəsizliyinin təmin edilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və müasir suvarma infrastrukturunun yaradılması muxtar respublikanın uzunmüddətli inkişaf gündəliyinin strateji istiqamətlərindən biri kimi müəyyən edilib. 2026-cı il 21 fevral tarixində imzalanmış sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib, 24 fevral tarixində imzalanmış digər sərəncamla isə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər müəyyən olunub.
Qəbul edilmiş qərarlarla Naxçıvanın su təsərrüfatının genişmiqyaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində 41 nasos stansiyası və təzyiqli boru xətlərinin əsaslı təmiri, 20 kanalın yenidən qurulması, Salvartı su anbarının bərpası, Heydər Əliyev adına Su Anbarında əsaslı təmir işlərinin aparılması, eləcə də yeni suvarma infrastrukturunun yaradılması planlaşdırılır.
Suvarma imkanlarının genişləndirilməsi məqsədilə 8563 metr özaxınlı boru xəttinin inşası, 2200 hektar ərazidə qapalı suvarma sisteminin, 5600 hektarda isə kollektor-drenaj şəbəkəsinin yaradılması nəzərdə tutulur. Kollektor-drenaj şəbəkəsinin 2200 hektarı Kəngərli, 3400 hektarı Şərur rayonlarını əhatə edəcək, Naxçıvan şəhəri üzrə müvafiq göstəricilər isə layihələndirmənin nəticələrinə əsasən müəyyənləşdiriləcək.
Proqramın mühüm istiqamətlərindən biri də əhalinin dayanıqlı və keyfiyyətli içməli su təminatının gücləndirilməsidir. Bu məqsədlə Sədərək və Kəngərli rayonlarının mərkəzlərində və bir sıra yaşayış məntəqələrində su təchizatı və kanalizasiya şəbəkələrinin inşası, Ordubad şəhərinin içməli sutəmizləyici qurğusunun əsaslı təmiri və Babək şəhərində yeni içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Bununla yanaşı, 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun qazılması əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək mühüm tədbirlər sırasında yer alır.
Su təhlükəsizliyinin gücləndirilməsi ilə paralel olaraq muxtar respublikanın zəngin kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılması, aqrar sektorun modernləşdirilməsi və müasir istehsal modellərinin tətbiqi istiqamətində də strateji hədəflər müəyyən edilib. Dövlət başçısının 2026-cı il 20 may tarixində imzaladığı sərəncamla kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqrama əsasən, pilot layihə məhz Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək və dövlət dəstəyi ilə bir model kooperativ yaradılacaq. Sənəd, eyni zamanda, süd, ət, qoyunçuluq və digər istiqamətlər üzrə aqrar məhsul istehsalı kooperativlərinin və onların ittifaqlarının yaradılmasını və fəaliyyətinin dəstəklənməsini nəzərdə tutur. Bu yanaşma kiçik torpaq sahiblərinin bazara çıxış imkanlarının genişləndirilməsinə və emal zəncirinin gücləndirilməsinə xidmət edəcək. Nəzərdə tutulan işlərin Naxçıvanın inkişafına güclü təkan verəcəyinə əminliyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “...Bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil - suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq”.
Mübariz ABDULLAYEV
2026-cı il 21 fevral tarixində imzalanmış sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib, 24 fevral tarixində imzalanmış digər sərəncamla isə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər müəyyən olunub.
Qəbul edilmiş qərarlarla Naxçıvanın su təsərrüfatının genişmiqyaslı şəkildə yenilənməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində 41 nasos stansiyası və təzyiqli boru xətlərinin əsaslı təmiri, 20 kanalın yenidən qurulması, Salvartı su anbarının bərpası, Heydər Əliyev adına Su Anbarında əsaslı təmir işlərinin aparılması, eləcə də yeni suvarma infrastrukturunun yaradılması planlaşdırılır
Xəbər lenti
Hamısına baxGündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05

