/ / Azadkənd sakinləri prezident seçkilərində göstərdikləri yüksək fəallığı referendumda da göstərəcəklər
Azadkənd sakinləri prezident seçkilərində göstərdikləri yüksək fəallığı referendumda da göstərəcəklər
04.03.2009 [16:54]
“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri təşviqat kampaniyası çərçivəsində dünən Saatlının Azadkənd kəndində seçicilərlə görüşüblər. Təşviqat qrupunun Saatlı rayon şöbəsinin sədri Lütvəli Şıxəliyev ilk olaraq vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi təklifi xalqın iradəsinə söykənir: “Biz “Yeni Azərbaycan” təşviqat qrupunun rayon şöbəsi olaraq, daim vətəndaşlarla işləyirik, hər gün xeyli sayda sakinlərlə görüşürük. Mən tam əminliklə deyə bilərəm ki, bu ideya rəsmiləşməzdən əvvəl xalqda belə bir istək, arzu var idi. çünki hamı dövlətimizin inkişaf etdiyini, qüdrətləndiyini görür və bu inkişaf tempi ilə ayaqlaşmaq üçün hüquqi müstəvidə də dəyişikliklər edilməsinin zərurətini dərk edirlər”.
Sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov ilk olaraq ötən il baş tutmuş prezident seçkiləri ərəfəsində Azadkənd kəndində seçicilərlə görüşdüyünü xatırladaraq vurğulayıb ki, o zaman bu kəndin bir sıra problemləri var idi: “Onlardan başlıcası nəqliyyat məsələsi, yolların yaxşı vəziyyətdə olmaması idi. Amma bu dəfə bu kəndə gələrkən bu problemin aradan qaldırıldığını gördüm. Görün, qısa zaman kəsiyində nə qədər böyük bir problem aradan qaldırılıb. Əslində, Azərbaycanın hər yerində mövcud olan problemlər belə operativ, qısa zaman kəsiyində aradan qaldırılır. Bu, Azərbaycanın nə qədər böyük sürətlə inkişaf etdiyini göstərir. İnkişaf qanunlarda da, bu qanunların əsas dayaq nöqtəsi, bazası olan Konstitusiyada da öz əksini tapmalıdır. Ona görə də, Konstitusiyamıza təklif olunan əlavə və dəyişiklikləri Azərbaycanın keçdiyi böyük inkişaf yolunun tələbi kimi qiymətləndirmək, məsələlərə bu rakursdan yanaşmaq lazımdır”.
Bu dəyişikliklərin həm də xalqımızın arzu və istəklərinə, iradəsinə söykəndiyini deyən səlahiyyətli nümayəndənin sözlərinə görə, dəyişikliyin aparılması üçün isə referendum keçirmək lazımdır. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verən Kərim Kərimov vətəndaşlarımızın qısa zamandan sonra bu dəyişikliklərin xeyrini, onun gətirdiyi müsbət imkanları öz həyatlarında hiss edəcəklərinə əminliyini ifadə edib.
Sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, Milli Məclisin üzvü Rüstəm Xəlilov dəyişikliklər barəsində ətraflı məlumat verib. İlk olaraq, Konstitusiyanın 12-ci maddəsinə təklif olunan əlavə haqqında danışan millət vəkilinin sözlərinə görə, bu əlavədə göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti zənginləşdikcə, dövlətin maddi imkanları gücləndikcə, artıq öz vətəndaşlarının layiqli həyat səviyyəsi ilə təmin edilməsi haqqında düşünür.
Görüşdə seçicilərin çoxsaylı suallarını cavablandıran “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri Azadkənd sakinlərini referendumda fəal olmağa və Konstitusiya islahatlarına səs verməyə çağırıb.
- Bu referendumun keçirilməsi zamanın tələbi olmaqla yanaşı, ictimai marağa, xalqın istəyinə söykənir. Mən hesab edirəm ki, bu Konstitusiya dəyişiklikləri Azərbaycan xalqına yalnız və yalnız xoşbəxtlik, firavanlıq gətirəcək. Ona görə də, mən hər bir həmvətənimizi bu dəyişikliklərin lehinə səs verməyə çağırıram.
Ramiz Kərimov - Saatlı rayonu Azadkənd kənd sakini, müəllim:
- Mənim fikrimcə, bu Konstitusiya islahatları xalqın istəyi və zamanın tələbi ilə ortaya çıxmış məsələdir. Konstitusiyaya ehkam kimi baxmaq düzgün deyil. Bütün hər şey dəyişdiyi kimi, insanlar özləri dəyişdiyi kimi insanlara xidmət edən qanunlar da dəyişməlidir. Və mən düşünürəm ki, bu dəyişikliklər Azərbaycana inkişaf, insanlarımıza xoş güzəran bəxş edəcək. Mən bu dəyişiklikləri dəstəkləyirəm.
Valeh Süleymanov - Saatlı rayonu Azadkənd kənd sakini:
- Mənim referendumla bağlı fikrim müsbətdir. Bu dəyişikliklər, əlbəttə, xalqın rifahı üçün edilir. Ona görə də, dəyişiklikləri dəstəkləyirəm və martın 18-də səsvermə məntəqəsinə gedərək dəyişikliklərin lehinə səs verəcəyəm.
Məmmədrza Kərimov - Saatlı rayonu Azadkənd kənd sakini, müəllim:
- ötən il baş tutmuş prezident seçkilərində bizim kəndimizin adamları yüksək fəallıq nümayiş etdirərək Prezidentimiz İlham Əliyevə səs verdilər. Bu, onu deməyə əsas verir ki, Azadkənd kəndini müxalifətçilərin kəndi adlandıranlar yanılırlar. Bizim sakinlərimiz hər zaman dövlətimizi, Prezidentimiz İlham Əliyevi dəstəkləyirlər. Bundan sonra da belə olacaq. çünki Prezident İlham Əliyev Azərbaycanı xoşbəxt gələcəyə aparır. Bu Konstitusiya islahatları da o məqsədə xidmət edir.
Yurdçu Səmədov - Saatlı rayonu Azadkənd kənd sakini, kitabxanaçı:
- Təklif olunan dəyişikliklərin hamısı xalqımızın xeyrinədir. Ona görə də, mən bu dəyişiklikləri dəstəkləyirəm.
Məhəmməd Səmədov -Saatlı rayonu Azadkənd kənd sakini, müəllim:
- Biz Konstitusiyamıza dəyişiklik edilməsi ideyasını alqışlayırıq. Bunu zamanında qəbul olunmuş qərar hesab edirik.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

