Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşüb
10.03.2016 [09:39]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.
Monteneqronun Prezidenti Filip Vuyanoviç ölkələrimiz arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Özünün Azərbaycana, eləcə də Prezident İlham Əliyevin Monteneqroya səfərlərini və keçirdikləri görüşləri xatırlayan Filip Vuyanoviç bu səfərlər zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün bazanın yaradıldığını deyib. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların mövcud olduğunu vurğulayan Filip Vuyanoviç ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd edib. Filip Vuyanoviç Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəsinə sərmayə qoyuluşunu yüksək qiymətləndirib, Monteneqronun SOCAR ilə əməkdaşlığın genişləndilməsində maraqlı olduğunu deyib. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakına böyük əhəmiyyət verdiyini vurğulayan Monteneqro Respublikasının Prezidenti bu layihənin qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edib, bu layihənin sözün əsl mənasında “Əsrin layihəsi” olduğunu vurğulayıb.
Azərbaycan ilə Monteneqro arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin yaradılmasını məmnunluqla qeyd edib, bu münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı həmin səfərlər çərçivəsində qəbul edilən qərarların uğurla icra olunduğunu deyib. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən sərmayə qoyuluşu istiqamətində genişləndirilməsi üçün işlərin də aparıldığını qeyd edib. “Cənub Qaz Dəhlizi” layihəsinin artıq reallığa çevrildiyini bildirən dövlətimizin başçısı layihənin Məşvərət Şurasının bu yaxınlarda Bakıda keçirilən ikinci toplantısında Monteneqro nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib və toplantı çərçivəsində 11 ölkənin nümayəndəsi, eləcə də Avropa Komissiyası tərəfindən imzalanan Birgə Bəyannamənin önəmini qeyd edib.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq müzakirə məkanına çevrildiyi, tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb, dünyada və regionda baş verən proseslərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradacağına əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

