Prezident İlham Əliyev görkəmli opera müğənniləri Fidan və Xuraman Qasımovaları qəbul edib
17.06.2017 [11:02]
Dövlətimizin başçısı Fidan Qasımovaya “İstiqlal” ordeni təqdim edib
İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli opera müğənniləri, Xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı “İstiqlal” ordeni ilə təltif edib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Hörmətli Fidan xanım.
Sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Siz uzun illər öz sənətinizlə Azərbaycan xalqını sevindirmisiniz. Azərbaycan xalqı sizin fəaliyyətinizə yüksək qiymət verir, sizi sevir. Siz xalqımızı müxtəlif ölkələrin səhnələrində ləyaqətlə təmsil etmisiniz və bu gün də təmsil edirsiniz.
Sizin fəaliyyətiniz həm sovet dövründə, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmişdir. Siz hələ sovet dövründə Azərbaycan Respublikasının Xalq artisti, SSRİ Xalq artisti adlarına layiq görülmüsünüz. Bu, sizin istedadınıza verilən yüksək qiymət idi.
Siz yaxşı bilirsiniz ki, Ulu öndər Heydər Əliyev sizə və Xuraman xanıma həmişə böyük diqqət və qayğı ilə yanaşırdı, sizi çox sevirdi, sizin fəaliyyətinizlə maraqlanırdı. Mən də öz növbəmdə çalışıram ki, sizə lazımi qayğı və diqqəti göstərim. Azərbaycan dövləti, müstəqil Azərbaycan sizin fəaliyyətinizi çox yüksək qiymətləndirib. 1997-ci ildə Ulu öndərin Sərəncamı ilə siz “Şöhrət” ordeni ilə təltif olunmusunuz. 2010-cu ildə isə mənim Sərəncamımla “Şərəf” ordeni ilə təltif edilmisiniz. Siz bir çox beynəlxalq mükafatlara da layiq görülmüsünüz. Bu gün mənim Sərəncamımla Siz Azərbaycan dövlətinin ən yüksək ordenlərindən biri olan “İstiqlal” ordeni ilə təltif olunursunuz. Bu, yüksək mükafatdır, siz buna layiqsiniz. Sizə yeni uğurlar arzulayıram”.
* * *
Dövlətimizin başçısı “İstiqlal” ordenini Fidan Qasımovaya təqdim edib.
* * *
Prezident İlham Əliyevə minnətdarlığını bildirən Xalq artisti Fidan Qasımova deyib: “Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.
Cənab Prezident, heç vaxt yadımdan çıxmır, birinci ordenlə məni Sizin atanız, Ulu öndərimiz, unudulmaz Heydər Əliyev təltif etmişdi. Bu gün isə mənim sənətimi Siz yüksək qiymətləndirirsiniz. Məni belə yüksək mükafata layiq gördüyünüz üçün Sizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Sizin bütün ailənizə təşəkkürümü bildirmək istəyirəm. Bizim Birinci vitse-prezidentimiz Mehriban xanıma minnətdarlığımı bildirirəm. O da bizə qarşı həmişə çox diqqətli olub.
Biz Xuraman xanımla xaricdən - Florensiyadan təzə gəlmişik. Orada italiyalı tələbələrə ustad dərsləri keçirdik. Onlar bizim ölkəmizlə bağlı çox şey eşidiblər və Azərbaycanı yaxşı tanıyırlar. Azərbaycanı Avropada, bütün dünyada tanıyırlar. Bu, Sizin sayənizdə olub.
Biz də öz sadə sənətimizlə Azərbaycanı tanıtdırırıq. Amma Siz bu istiqamətdə daha böyük işlər görürsünüz. Buna görə mən Sizə bir daha minnətdaram. Xuraman da mənim sözlərimə qatıla bilər. Çünki o, şahid idi ki, İtaliyada rektor və prorektor Azərbaycan haqqında necə xoş sözlər söyləyirdilər. Bir-iki ay bundan əvvəl vokal müəllimi Leonardo Belisi Azərbaycana gəlmişdi. O, bizim Bakı şəhərini gördü, onun gözəlliyinə valeh oldu. O, Sizin haqqınızda burada eşitdiklərini İtaliyada, Florensiyada bizə həvəslə danışırdı. Bu, bizi çox sevindirirdi. Bu uğurlara görə Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

