Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib

17.06.2017 [11:03]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini qəbul edib.
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Mariya Anxela Olqin Azərbaycanda artıq Kolumbiya səfirliyinin açıldığını və burada Sakit Okean Alyansına daxil olan ölkələrdən Peru və Meksika ilə birlikdə fəaliyyət göstərdiklərini məmnunluqla qeyd edib. Azərbaycanın böyük imkanlara malik ölkə olduğunu deyən Mariya Anxela Olqin əməkdaşlığımızın genişləndirilməsi üçün birgə işləməyə hazır olduqlarını bildirib. Qonaq Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğulayıb. Ölkəsində gedən proseslər barədə dövlətimizin başçısına məlumat verən Mariya Anxela Olqin Kolumbiyada uzun müddətdir davam edən münaqişə nəticəsində sülh sazişinin əldə edilməsindən sonra quruculuq işlərinə başlanıldığını, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirildiyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanda da regionların və kənd təsərrüfatının inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayıb, bu istiqamətdə aparılan islahatlardan danışıb.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb, hər iki ölkənin bu əlaqələrin genişləndirilməsinə maraq göstərdiyi qeyd edilib.

Paylaş:
Baxılıb: 839 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31