/ / Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
25.08.2017 [10:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Auqusto Massari fəxri qarovul dəstəsinin qarşısından keçib.
Auqusto Massari etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə tərəfdaş olduğunu qeyd edib. Prezident İlham Əliyev 2014-cü ildə Roma şəhərində qəbul olunmuş iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələrimizin səviyyəsini əks etdirdiyini bildirib, bunu əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Bununla belə, dövlətimizin başçısı tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanların mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirib. Əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğulayıb. Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin müxtəlif sahələr üzrə fəaliyyət göstərdiklərini deyən dövlətimizin başçısı ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildirib, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğulayıb. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir Auqusto Massari bunu artıq ölkəmizə gəldiyi bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri gördüyünü vurğulayıb. Auqusto Massari Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd edib. Azərbaycan ilə əlaqələrin 2014-cü ildə Romada qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında daha da inkişaf etdirilməsinin İtaliya hökuməti üçün mühüm əhəmiyyət daşıdığını bildirən səfir Auqusto Massari əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya tərəfinin dəstəyinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07

