Bu gün Zəngilandayıq...
15.05.2026 [10:30]
Şəhid atası ilə səmimi dialoq, insanların sonsuz minnətdarlığı
Öz gücünə otuz illik işğala son qoyan, ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam təmin edən qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasında və məskunlaşdırılmasında da dünyaya nümunə göstərir. O cümlədən şanlı Zəfərimizin əsas memarı olan Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə azad ərazilərə müntəzəm səfərləri çərçivəsində yenidən qurulan Qarabağa, Şərqi Zəngəzura köç edən sakinlərlə görüşlərə qatılması gözəl bir ənənəyə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində baş tutan son səfərləri də istisna olmayıb. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. Eyni zamanda, Prezident İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və bu görüşdə Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyevlə dialoqu baş tutub.
Bu görüşlər səmimilik şəraitində keçib. Azad ərazilərə köç edən sakinlər Prezident İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə yaxından ünsiyyət qurmaq, öz ürək sözlərini demək və xatirə fotoları çəkdirmək imkanı qazanıblar.
İşğala son qoyulmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmalarını hamıdan çox Heydər Əliyev arzulayırdı...
Qeyd etdiyimiz kimi, dövlət başçısının və birinci xanımın işğaldan azad olunmuş ərazilərə bəhs olunan səfərləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsinə təsadüf edib. Burada Ulu Öndərin Ermənistanın havadarlarınıın dəstəyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizə qarşı işğalçılıq müharibəsinə başlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə necə həssaslıqla yanaşdığını xatırlamamaq mümkün deyil. Heydər Əliyev yaranmış vəziyyətlə barışmırdı və işğala son qoyulmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmalarını hamıdan çox arzulayırdı. Onun qəlbində həm də bu arzuların həyata keçəcəyinə böyük inam var idi. Ulu Öndər həmişə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayaraq, xalqın öz yurdlarına qayıdacağına olan inamını artırırdı. Onun inamı xalqa güc verirdi, qaçqın və məcburi köçkün soydaşlarımızı həyata möhkəm bağlayırdı. Zəngilanda dövlət başçısı ilə görüşdə sakin Murad Rəhimov söz alaraq tədbirin ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gündə baş tutmasının rəmzi məna daşıdığına diqqət çəkərək bildirib: “Ulu Öndərimizin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Onun ən böyük arzularından biri işğal olunmuş torpaqların azad edilməsi, sakinlərin öz ata-baba yurdlarına qaytarılması idi”.
Böyük siyasətçi Heydər Əliyev üçün təcavüz faktının aradan qaldırılması, insanların doğma yurd yerlərinə qayıtmaları yalnız arzu deyildi. O həm də dövlət başçısı kimi öz məsuliyyətini dərk etməklə ölkənin ərazi bütövlüyünün təmin edilməsinin unikal strategiyasını işləyib hazırladı. Torpaqlarımızın işğalı qeyri-legitim yolla hakimiyyətə gəlmiş AXC-”Müsavat” iqtidarının yarıtmaz siyasətinin nəticəsi olaraq baş vermişdi. Sakinlərlə görüşdə həmin çətin dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü”.
Azərbaycan üçün çox çətin bir dönəmdə Heydər Əliyev Özünə xas olan müdrikliklə yol verilmiş səhvləri aradan qaldırdı, Azərbaycanın müstəqilliyini qorudu, qısa müddətdə vahid komandanlığa tabe olan ordu formalaşdırdı. Ulu Öndərin böyük səyləri və uzaqgörənliyi sayəsində atəşkəsə nail olunması Azərbaycana iqtisadiyyatını gücləndirmək və bu əsasda müasir ordu formalaşdırmaq imkanı qazandırdı. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu imkandan bəhrələnməklə Azərbaycan xalqına böyük qələbələrin sevincini və qürurunu yaşatdı. “Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azad torpaqlar xalqımızın qəhrəmanlıq simvoludur
Şanlı zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycan cəmiyyətində belə bir yekdil fikir formalaşıb ki, azad torpaqlar xalqımızın qəhrəmanlıq simvoludur. Müqayisə apardıqda Azərbaycanın qələbələrinin miqyası daha aydın görünür. Sakinlərlə söhbətlərdə xüsusi olaraq vurğu edilib ki, heç bir dövlət ən azından son 80 ildə müharibələrdə respublikamız kimi mütləq Qələbə qazanmağa nail olmayıb. Biz ədalətli müharibə apararaq qalib gəlmişik ki, bu da sonsuz qürur mənbəyimizdir. Şükürbəylidə baş tutan görüşdə söhbətə qoşulan qadın sakin dövlət başçısına xitab edərək zəfərlərimizi belə dəyərləndirib: “Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq”.
Bəli, şanlı zəfərlərimiz son 200 ildə qazandığımız ən böyük qələbələrdir və bu qələbələri heç kim bizə hədiyyə etməyib. Bu qələbələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Müzəffər Ordumuz qazanıb. Müharibə günlərində 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüşlərdə işğaldan azad edilib. Bundan sonra düşmən müharibəni davam etdirməyin mənasız olduğunu anlayıb və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb. Müharibə günlərini xatırlayaq. Görüşlərdə vurğulandığı kimi, “Dəmir yumruq” milli gücün vəhdətinə çevrilmişdi. Bu vəhdət, sarsılmaz həmrəylik də haqq savaşında bizim mütləq qələbəmizi təmin etdi.
İnsanların yurd həsrətinə son qoyulur
Dağıdıcılq, talançılıq, vəhşilik ermənilərin xislətindədir. Biz isə qurub-yaradan xalqıq. Bunu işğaldan azad edilmiş ərazilərin bərpasının timsalında bütün dünya görür. Bu gün xalqımız işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasının sevincini yaşayır. Bakıdan və digər ünvanlardan Qarabağa və Şərqi Zəngəzura tez-tez köç karvanları yola salınır. İnsanların torpaq həsrətinə son qoyulur. Bu, ifadəsi çətin olan bir hissdir. Doğma ev-eşiklərindən didərgin düşən insanlar təxminən otuz il ərzində yarımçıq tikililərdə, vaqonlarda, yataqxanalarda, çadırlarda çətin həyat sürüblər. İndi bunlar keçmişdir. Artıq qaçqın, məcburi köçkün soydaşlarımızın həyatında yeni bir dönəm başlayır. Görüşlərdə doğma torpaqlara qayıdan sakinlər onlara bu sevinci yaşadan Prezident İlham Əliyevə və Onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarının təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidinin atası ilə baş tutan dialoq diqqət çəkib və gündəm olub. Belə ki, Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev dövlət başçısı ilə görüş zamanı özünü yaxşı hiss etmədiyini bildirib. Prezident İlham Əliyev Özünə xas olan həssaslıqla dərhal şəhid atasının yola salınması üçün göstəriş verib.
Sonradan Əli Sarıyev Prezidentlə görüş zamanı yaşananları KİV-ə danışaraq bildirib: “Prezident məni səhnəyə çağırdı. Salamlaşdıq. İlk sözü o oldu ki, harada döyüşüb? Bu haqda soruşanda mən çox həyəcan keçirdim. Özümü demək olar ki, itirdim, bir kəlmə də danışa bilmədim. Mənə qarşı çox yaxşı münasibəti oldu. Onun duyğulanması mənə çox təsir elədi”.
Bəli, ölkə vətəndaşlarına, xüsusən də müharibə iştirakçılarına, şəhid ailələrinə qayğı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən qırmızı xətt kimi keçir. Onların Zəngilanda, Şükürbəylidə sakinlərlə söhbət zamanı şəhidlərimizin əziz xatirələrini necə böyük hörmət və minnətdarlıq hissi ilə anmaları bunun daha bir təsdiqinə çevrildi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08

