Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Polşa arasında münasibətlər uğurla inkişaf edir

Azərbaycan ilə Polşa arasında münasibətlər uğurla inkişaf edir

26.11.2009 [09:41]

Prezident İlham Əliyev Polşanın milli müdafiə naziri Boqdan Klixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Polşanın milli müdafiə naziri Boqdan Klixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında münasibətlərin   uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin intensiv və məhsuldar olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, hər iki tərəf ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev Polşanın milli müdafiə naziri Boqdan Klixin Azərbaycana səfərinin ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə  ümidvar olduğunu bildirib.
Polşanın milli müdafiə naziri Boqdan Klix Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə vermək üçün yaxşı fürsət yaratdığını deyib və ölkəmizdə olduğu müddətdə məhsuldar görüşlər keçirəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 1018 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31