Prezident İlham Əliyev Bakı Biznes Mərkəzinin açılışında iştirak edib
13.03.2010 [10:17]
Bakı Biznes Mərkəzi orijinal layihəsi ilə diqqəti çəkir. Mərkəzin ərazisindəki fəvvarə Dənizkənarı Milli Parka əlavə yaraşıq gətirir. Bakı Biznes Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlər, o cümlədən biznes-forumlar təşkil olunacaqdır. Buradakı lift və eskalatorlar da ən müasir standartlara cavab verir. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, ümumi sahəsi 4664 kvadratmetr olan mərkəz üçmərtəbəlidir. Birinci mərtəbədə ən müasir avadanlıqla təchiz edilmiş 300 nəfərlik sərgi salonu yerləşir. İkinci mərtəbədə 3 kiçik konfrans zalı və 250 yerlik restoran fəaliyyət göstərir. üçüncü mərtəbədə 8 ofis və görüş otaqları var. Bakı Biznes Mərkəzində müxtəlif səviyyəli tədbirlərin, o cümlədən beynəlxalq konfransların keçirilməsi üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı burada təşkil edilmiş sərgi ilə tanış olub.
Prezident İlham Əliyevə son illərdə, o cümlədən 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilən nailiyyətləri əks etdirən sərgi barədə məlumat verilib. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülüb və silsilə tədbirlər reallaşdırılıb. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə də əsaslı irəliləyişə nail olunub, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Əlverişli biznes mühiti sayəsində ötən illərdə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötüb. Sevindirici haldır ki, bunun təxminən yarısını yerli investisiyalar təşkil edir. Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün sistemli və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapıb. Sərgi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keyfiyyətin başlıca meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. ötən illərin təcrübəsi göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır. İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması hesabına regionların inkişafı sürətlənir. 2010-cu ildə və növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

