15 Oktyabr - ZƏFƏR YOLUNDA ilk gün
15.10.2021 [10:17]
18 İL ƏVVƏL AZƏRBAYCAN XALQI ŞUŞANIN FATEHİ, QARABAĞIN XİLASKARINI SEÇMİŞDİ
MƏN AZƏRBAYCANIN XOŞBƏXT GƏLƏCƏYİNƏ SƏS VERDİM
BAŞ NAZİR İLHAM ƏLİYEV 6 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏS VERMİŞDİR
15.10.2003 [16:48]
2003-cü il oktyabrın 15-i müstəqil Azərbaycanın yeni minillikdəki tarixinə ilk prezident seçkiləri günü kimi daxil olacaqdır. Həmin gün milyonlarla seçici seçki məntəqələrinə gələrək, qarşıdakı beş ildə ölkəmizin taleyini ən layiqli namizədə etibar etdiklərini bildirmişlər. Qəbul olunmuş yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülmüşdür. Bunu hələ seçki günündən əvvəl Azərbaycana gəlmiş minə yaxın beynəlxalq müşahidəçi də təsdiq etmişdir.
Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Baş naziri, prezidentliyə namizəd İlham Əliyev səhər saat 11-də xanımı və qızı ilə birlikdə səs verməyə gəldi. Seçki məntəqəsinin qarşısında Azərbaycan hökumətinin başçısına gül-çiçək təqdim olundu.
Baş nazir İlham Əliyev səsvermə otağına gəlib, seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin onlarca mətbuat orqanının, televiziya kanallarının nümayəndələri izləyirdilər.
İlham Əliyevin xanımı Mehriban Əliyeva və qızı Leyla da səs verdilər.
Sonra Baş nazir İlham Əliyev seçki məntəqəsində yerli və xarici kütləvi informasiya vasitələrinin çoxsaylı müxbirlərinin suallarına cavab verdi.
SUAL: İlham müəllim, seçkilərlə əlaqədar Sizin fikrinizi bilmək istərdik. Seçki kampaniyasına münasibətiniz necədir?
CAVAB: Münasibətim çox müsbətdir. Seçki kampaniyası çox uğurla başa çatır. Əminəm ki, bu seçkilər Azərbaycanın xoşbəxt gələcəyi üçün mühüm bir addım olacaqdır. Mən arzu edirəm ki, ölkəmiz qüdrətli, zəngin dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir insan normal həyata layiq olsun. Əminəm ki, bu, belə də olacaqdır.
SUAL: İlham müəllim, əhval-ruhiyyəniz necədir?
CAVAB: Əhval-ruhiyyəm çox yaxşıdır, çox gözəl hisslər keçirirəm. Əminəm ki, bu seçkilər Azərbaycan cəmiyyətinin inkişafında, xalqımızın rifah halının yüksəlməsində və dövlətçiliyimizin möhkəmlənməsində mühüm addım olacaqdır.
SUAL: Cənab Baş nazir, siz kimə səs verdiniz?
CAVAB: Mən Azərbaycanın xoşbəxt gələcəyinə səs verdim.
SUAL: İlham müəllim, seçkilərin gedişindən razısınızmı?
CAVAB: Bəli, razıyam.
SUAL: Bu gün səhər Prezident Heydər Əliyevlə danışmısınızmı?
CAVAB: Yox, bu gün hələ danışa bilməmişəm, çünki indi orada gecə vaxtıdır. Dünən cənab Prezidentlə danışmışam. Biz, demək olar ki, hər gün əlaqə saxlayırıq. İndi orada gecə saat 3-dür. Bir azdan sonra əlaqə saxlayacağam.
SUAL: O, sizə məsləhət və yaxud xeyir-dua verdimi?
CAVAB: Bundan əvvəl məsləhətlərini vermişdi. Bu gün də yəqin ki, o, mənə uğurlar arzulayacaq.
SUAL: Cənab Prezidentin bu seçki ilə bağlı hər hansı bir narahatlığı var idimi?
CAVAB: Xeyr, heç bir narahatlığı yox idi. Mən bu barədə demişəm. O, burada gedən bütün prosesləri İnternet vasitəsilə izləyir, Azərbaycanın televiziya kanallarına baxır və demək olar ki, onda tam mənada təəssürat vardır.
SUAL: İlham müəllim, ilk addımlarınızı bilmək olarmı?
CAVAB: Əgər mənə etimad göstərilərsə, bütün addımlarım - istər ilk, istərsə də sonrakı addımlarım Azərbaycanın dövlətçiliyinin, suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafa, sosial problemlərin həllinə, xüsusilə daha ağır şəraitdə yaşayanların - qaçqınların, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Dağlıq Qarabağ probleminin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinə yönəldiləcəkdir.
SUAL: Bu gün bəzi qəzetlərdə Prezidentin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılıb. Ümumiyyətlə, Prezidentin səhhəti necədir?
CAVAB: Prezidentin səhhəti yaxşıdır. Onun müalicəsi davam edir. Yayılan məlumatlara fikir verməməyinizi məsləhət görürəm.
SUAL: Andiçmə mərasiminə qədər Prezidentin qayıtması gözlənilirmi?
CAVAB: Mən ümidvaram ki, cənab Prezident o vaxta qədər Azərbaycanda olacaqdır. Əlbəttə, hər şey onun müalicəsindən asılı olacaqdır.
SUAL: İlham müəllim, seçkilərdə əhalinin fəallığı Sizi razı salırmı?
CAVAB: Bəli. Mənə verilən məlumatlara görə, o cümlədən televiziya kanallarından verilən reportajlara əsasən deyə bilərəm ki, fəallıq çox yüksək səviyyədədir, artıq səhər saatlarında əhalinin böyük bir hissəsi öz münasibətini bildiribdir. Bu, təbiidir. Çünki bu gün Azərbaycanın gələcək inkişafı, hansı yolla irəliləyəcəyi müəyyən olunur. Əlbəttə, insanlarımızın fəallığı başa düşüləndir və təbiidir.
SUAL: Azərbaycan mətbuatı ilə bağlı hansı addımları atacaqsınız?
CAVAB: Atılacaq bütün addımlar Azərbaycanda söz azadlığının, demokratiyanın daha da inkişafına yönəldiləcəkdir. Bu, mətbuata da aiddir. İndi mən hansısa konkret söz deyə bilmərəm və heç bir vəd vermək istəmirəm. Amma əminəm ki, görüləcək bütün tədbirlər Azərbaycanın milli maraqlarının daha da ciddi şəkildə qorunmasına yönəldiləcəkdir.
SUAL: Cənab Əliyev, Siz ilk turda qalib gələcəyinizə əminsinizmi?
CAVAB: Mən özümün və yaxud digər namizədlərin şansını əvvəlcədən qiymətləndirmək istəmirəm və hesab edirəm ki, bu, düzgün deyildir. Heç kimə qabaqcadan nəticələr çıxarmağı məsləhət görmürəm. Lakin demək istəyirəm ki, keçirilmiş seçkiqabağı kampaniya və Azərbaycan vətəndaşlarının mənə göstərdiyi münasibət belə bir əminlik yaratmışdır ki, onlar öz seçimlərini etmişlər və bu seçim seçkilərin nəticələrində öz əksini tapacaqdır. Azərbaycana sülh, sabitlik, iqtisadi inkişaf, beynəlxalq aləmə inteqrasiya lazımdır. Ölkəmizə vətəndaş müharibəsinə, xaosa, anarxiyaya və cəhalətə qayıtmaq lazım deyildir. Azərbaycan əhalisinin böyük əksəriyyəti bunu çox gözəl başa düşür.
SUAL: Cənab Baş nazir, Gürcüstanda da Sizin seçkilərdə qalib gəlməyinizi arzulayırlar. Bununla bağlı nə deyərdiniz?
CAVAB: Təşəkkür edirəm, Gürcüstan vətəndaşlarına öz minnətdarlığımı bildirirəm. Bizim ölkələrimiz arasında münasibətlər qarşılıqlı anlaşma və dostluq əsasında, xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənməlidir.
SUAL: Seçkilərin bu günədək gedişi haqqında fikrinizi öyrənmək istərdik?
CAVAB: Seçkiqabağı kampaniya azad və şəffaf şəraitdə keçirilib, hər bir kəs bütün məsələlərə öz münasibətini bildirmək imkanına malik idi. Əminəm ki, bugünkü seçkilər azad və demokratik şəraitdə keçəcək və Azərbaycan xalqı özü kimə səs verəcəyini sərbəst və açıq şəkildə müəyyən edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

