Bayden Bakıya və dünyaya hansı mesajları verir?
21.05.2022 [13:52]
ABŞ Prezidentindən gələn məktubun geosiyasi tərcüməsi...
Avrasiyanın strateji gündəliyi zəngin, situasiya isə mürəkkəbdir. Ziddiyyətli geosiyasi proseslər cərəyan edir - bir tərəfdə müharibə və qütbləşmə, digər tərəfdə isə əməkdaşlıq və inteqrasiya prosesləri. Daha bir maraqlı məqam - önəmli təfərrüat diqqəti cəlb edir. Belə ki, yeni dünya düzəninin yarandığı hazırkı şəraitdə regional güc mərkəzləri strateji fəaliyyətləri ilə önə çıxır, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında müstəsna rol oynayırlar.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bu mənada xüsusilə fərqlənir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən ölkəmiz bölgədə yeni nizam yaradır. Ona görə də Bakı ilə strateji təmasların gücləndirilməsi – çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi region dövlətləri ilə yanaşı, güc mərkəzləri üçün də müstəsna əhəmiyyətə malikdir.
ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda əksini tapan məsələlər də bu reallığı təsdiqləyir. Birmənalı şəkildə ifadə olunur ki, Vaşinqton Bakı ilə əməkdaşlığa böyük önəm verir, tərəfdaşlığı yüksək qiymətləndirir.
Bu, təsadüfi deyil və bir sıra amillərlə şərtlənir:
- Yeni reallıqlar yaradan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir;
- Ölkəmiz hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir;
- Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirir. Ölkəmiz hazırda olduğu kimi, perspektiv üçün də Avropanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş, inam və etimad ünvanı kimi dəyərləndirilir;
- Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizədə fəal iştirak edən tərəfdaş ölkələrdən biridir.
Baydenin Prezident İlham Əliyevə məktubunda yer alan məsələlər həm də Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında rolunu, eləcə də Bakıya geosiyasi inamı əks etdirir. Bu da təsadüfi deyil. Çünki:
- Azərbaycan dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb;
- Ölkəmiz beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır;
- Nəhayət, Bakı bölgədə gərginliyin öz yerini anlaşma-uzlaşma və işbirliyinə verməsi üçün vacib təşəbbüslərlə çıxış edir.
Bunlarla yanaşı, ABŞ Prezidentinin Azərbaycan Liderinə məktubunun siyasi məzmunu:
- Ölkəmizin regionun geostrateji gündəliyini formalaşdıran əsas - aparıcı qüvvə olduğunu;
- Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

