Prezident İlham Əliyev öz fəaliyyəti ilə jurnalistlərin dostu olduğunu sübuta yetirib
28.12.2010 [08:46]
Demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Məhz bu prinsipə sadiqlik nümayiş etdirən dövlətlərdə inkişafın kompleks halda baş verməsi müşahidə olunur. Azərbaycan da söz azadlığının qorunduğu, bu prinsipə hörmətlə yanaşılan dövlətlərdəndir. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atıldı, Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə, söz azadlığına hörmət bu gün də ölkəmizin siyasi həyatında uğurla davam etdirilir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında mətbuata, azad sözə göstərilən qayğı və diqqət media orqanları, əməkdaşları tərəfindən də yüksək qiymətləndirilir. Məhz bu qiymətləndirmənin məntiqi nəticəsi olaraq, “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin dekabrın 1-dən 20-dək kimi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun qalibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olub. 30 gündəlik və 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV-in iştirak etdiyi sorğuda ölkə başçısı 81 faiz səs qazanıb. Xatırladaq ki, 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə Ulu öndər Heydər Əliyevə təqdim olunmuşdu.
Bəli, qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi diqqət və qayğı bu yüksəlişin əsasını təşkil edir. Milli mətbuatın yaranmasının 130 və 135 illik yubileylərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, sonrakı dövrdə demək olar ki, hər il qəzetlərə birdəfəlik yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, Azərbaycanda mətbuatın inkişafına, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsi tərəfindən ödənilməsi, sonrakı dövrdə isə KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədə daha böyük inkişafın yaranmasına gətirib çıxardı. Məhz KİV-ə Dövlət Dəstəyi Fondunun mütəmadi olaraq keçirdiyi yazı müsabiqələri, o cümlədən, fond tərəfindən KİV-lərə birdəfəlik yardımların ayrılması, KİV-lərin irəli sürdüyü layihələrə maddi dəstəyin verilməsi ölkəmizdə jurnalistikanın inkişafında, bu sahəyə olan marağın daha da artmasında müstəsna rol oynayır.
Prezident İlham Əliyev hər zaman jurnalistlərin sosial rifahının yüksəldilməsi məsələsini də diqqət mərkəzində saxlayır. Bu istiqamətdə atılan addımlar media nümayəndələrinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir. Bu mənada 2010-cu ildə - Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan mühüm Sərəncam xüsusi vurğulanmalıdır.
Digər tərəfdən, bu addımlar kompleks şəkildə dövlətin mətbuata münasibətindən xəbər verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlı olduğunu atdığı addımlar, imzaladığı sərəncamlarla bir daha təsdiq edir. Bu isə, ölkəmizdə söz azadlığı və demokratik prinsiplərin yüksək səviyyədə olmasından xəbər verir.
Həqiqətən də bu gün Azərbaycanda mətbuatın inkişafı yüksək səviyyədədir. Təbii ki, bunun arxasında illərlə qət edilən yol, əsası qoyulan ənənə dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Bu birgə fəaliyyət nəticə etibarı ilə dövlətin inkişafına, söz azadlığı prinsipinin daha da möhkəmlənməsinə xidmət göstərir. Jurnalistlər tərəfindən 2010-cu ildə “Jurnalistlərin dostu” elan edilən Prezident İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayır ki, mətbuatın inkişafı, söz azadlığının genişlənməsi Azərbaycanın müasir dövlətə çevrilməsindəki yolda ən mütərəqqi addımlardandır.
Bəli, bu gün Azərbaycan mətbuatının inkişaf tarixində yeni bir mərhələ açılıb. Bu mərhələ isə birmənalı olaraq Prezident İlham Əliyevin mediaya qayğısını, diqqətini özündə təcəssüm etdirir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda söz azadlığının qorunması həm də dövlətimizin demokratik inkişafında hər zaman öz əhəmiyyətli rolunu göstərir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

