Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlanıb
17.06.2024 [13:49]
Fövqəladə Hallar Nazirliyinin və TƏBİB-in mətbuat xidmətləri birgə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “İyunun 15-də saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-qəza hadisəsi nəticəsində 5 (hər biri qadın) xarici vətəndaş xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.
Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.
1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi, sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.
Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının nəzarəti altında iyunun 16-da saat 11:00 radələrində Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb”.
Xəbər lenti
Hamısına baxSosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50

