Azərbaycanın 3 güləşçisi Avropa çempionatında finala yüksəlib
28.06.2025 [08:14]
İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin üçüncü günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
38 kiloqram (kq) çəki dərəcəsində Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu Qleb Semianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalib gələrək finala yüksəlib. Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimli polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvan Aleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Arsan Aliyevə (0:9) məğlub olub. Xudayar təsəlliverici görüşə çıxacaq.
41 kq-da Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalı Ayan İstfana (11:0) və polşalı Matvey Bezrukyiyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda rusiyalı Soltan Yusupova (2:11) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.
Ömər Salmanov (44 kq) türkiyəli Mustafa Güvənə (8:0), litvalı Orestas Stakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrək finala yüksəlib.
Digər çəki dərəcəsində (48 kq) Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı Nikolaos Zinisaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Vəkil təsəlliverici görüşə çıxacaq.
52 kq-da Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1), türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda gürcüstanlı Qabriel Tavberidzeyə (4:13) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək. Eyni çəkidəki digər təmsilçimiz Qurban Məcnunov 1/8 finalda rumıniyalı Andrey Peleana 3:4 hesabıyla məğlub olub.
İbrahim Məmmədzadə çıxış etdiyi 57 kq çəki dərəcəsində moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) uduzub.
62 kq-da Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı Maksim Deliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana (1:10) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.
Əli Məmmədov (68 kq) fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı Daviti Mxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuriy Ronjinə (0:7) məğlub olub
Ruslan Nuriyev iştirak etdiyi 75 kq-da gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəli Mehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrək finala yüksəlib.
85 kq-da mübarizə aparan Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalı Aleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belaruslu Dmitri Kiselə (UWW) “tuş”la məğlub olub. Zöhrab təsəlliverici görüşə çıxacaq. Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilk mərhələdə polşalı Lusyan Popeçkiyə “tuş”la məğlub olub.
Təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

