“Tour d’Azerbaidjan-2015” davam edir
08.05.2015 [09:18]
Nüfuzlu yarışın ikinci mərhələsi də “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb
Dünən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşündə 2-ci mərhələyə yekun vurulub. Planetin 24 ölkəsini təmsil edən 25 komandanın iştirakı ilə təşkil olunmuş yürüşün iştirakçıları Veloparkdan start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər 187 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.
Nüfuzlu yarışın ikinci mərhələsi də Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, birinci turda Bakı-Sumqayıt mərhələsini 3-cü pillədə tamamlayan Azərbaycanın Elit yığma komandasının üzvü Maksim Averin bu dəfə sprinterlərin mübarizəsində ən yaxşı nəticə göstərib və bununla da yaşıl rəngli “SOCAR” köynəyinə yiyələnib.
Mərhələnin qalibi isə Sloveniyanın “Adria-Mobil” komandasının üzvü Primoş Roqliç olub - o, məsafəni 4 saat 43 dəqiqə 26 saniyəyə başa vurub. Ölkəmizin “Synergy Baku” komandasının üzvü Matey Müqerli 2-ci yeri tutub. İlk üçlüyü isə ABŞ-ın “Airgas Safeway Cycling Team” komandasının üzvü, 2013-cü il “Vuelta” yarışının qalibi Kristofer Horner tamamlayıb.
2-ci mərhələnin qalibi olan Primoş Roqliç bununla da yarış liderinə verilən mavi rəngli “Synergy” köynəyinə sahib olub. O, həmçinin, ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Çexiyanın “Dukla Praqa” komandasının üzvü Frantişek Sisr fərqlənməklə, bənövşəyi rəngli “Ataholding” köynəyinə yiyələnib.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer təqdim edib.
“Doğrudan da, çətin mübarizə idi. Əsasən son yoxuşda irəli atılmağa çalışdım və bu, məndə alındı”. Bu sözləri mərhələ qalibi Primoş Roqliç deyib.
“Synergy Baku”nun üzvü Matey Müqerli 2-ci yerin də sevindirici olduğunu bildirib: “Komandamızın heyətində yenidən fəxri kürsüdə yer aldığıma sevinirəm. Yarışa çox yaxşı hazırlaşmışıq. Bu yarış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. 5-ci mərhələ “Bakı-2015”-in marşrutu ilə eynidir və bu oyunlarda da qalib gəlmək istəyirik”.
3-cü olan Kristofer Horner də göstərdiyi nəticədən razı qalıb: “Çox gözəl təbiətə heyran oldum. Azərbaycanın böyük idman potensialı var və ölkədəki iqtisadi inkişaf buna imkan verir. Gözəl iqliminiz, dağlarınız, meşələriniz, azarkeşləriniz var. Bu səbəbdən də mən “Tour d’Azerbaidjan”ın gələcəyini yaxşı görürəm”.
Sprinterlərin mübarizəsində liderliyə yüksələn “Synergy Baku”nun üzvü Maksim Averin sprintdə daha güclü olduğunu vurğulayıb: “Aralıq finişində məqsəd qoyulmuşdu ki, köynəyi əldə etmək üçün irəli atılım. Sevinirəm ki, güclü olduğum sprintdə bunu bacardım. Şəxsi nailiyyətim önəmli deyil. Əsas odur ki, komanda yoldaşım da ikinci oldu. Amma yarış hələ davam edir. Mən də ən yaxşı sprinter köynəyini özümdə saxlamağa çalışacağam”.
2 mərhələdən sonra ümumi təsnifatda “Synergy Baku”nun 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin 5-ci yerdə qərarlaşır. Komanda hesabında isə “Synergy Baku” 2-ci yerdədir. İlk pillədə Sloveniyanın “Adria Mobil” komandası qərarlaşır.
Qeyd edək ki, “Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Belə ki, 1-ci mərhələdə 3-cü olmaqla 6 xal toplayan təmsilçimiz Maksim Averin dünən finiş xəttini 5-ci keçməklə aktivinə daha 4 lisenziya xalı əlavə edib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

