“Tour d’Azerbaidjan-2015” veloyürüşündə 3-cü mərhələyə yekun vurulub
09.05.2015 [12:57]
Ümumi uzunluğu 177 km olan bu mərhələ də “Synergy Baku” komandası üçün uğurlu olub
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşündə 3-cü mərhələyə yekun vurulub. İştirakçılar Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə hərəkət ediblər. Ümumi uzunluğu 177 km olan mərhələ Azərbaycanın “Synergy Baku” komandası üçün daha 2 fəxri kürsü ilə yadda qalıb.
Belə ki, komandamızın üzvü Aleksandr Surutkoviç dağ mərhələlərində daha uğurlu nəticə göstərərək ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb. 4-cü mərhələyə bu köynəklə başlayacaq velosipedçimiz liderliyi qorumaq üçün çalışacağını deyib.
3-cü mərhələnin qalibinə gəlincə, İrlandiyanın “An Post-Chain Reaction” komandasının üzvü Coşua Edmonson 177 km məsafəni 4 saat 7 dəqiqə 28 saniyəyə başa vurub və finiş xəttini 1-ci keçib. O, qələbəsinin sirrini belə izah edib: “Öndəki qrup çox qabaqda idi. “Adria-Mobil” liderliyi ələ almağa çalışırdı. Sonra gördüm ki, liderlər qrupu yorulub. Finişə 4 km qalmış irəli atıldım. Bu zaman da taktikam özünü doğrultdu. Bir az hərarətim var idi. Həkimlərə yaxın getməyim də bu səbəbdən idi. Onlardan dərman istədim. Bu gün hardasa bəxtim də gətirdi. Çünki hücumumu heç kim gözləmirdi. Bu səbəbdən də mərhələni uğurla bitirdim”.
Coşua Edmonsondan cəmi 1 saniyə geri qalan Sloveniyanın “Adria Mobil” komandasının üzvü, 1-ci mərhələnin qalibi Marko Kump və “Synergy Baku”nun velosipedçisi, 2-ci mərhələdə 2-ci olmuş Matey Müqerli müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər. Yeri gəlmişkən, Marko Kump sprinterlərin mübarizəsində önə keçməklə yaşıl rəngli “SOCAR” köynəyini ələ keçirib. Onu cüzi fərqlə “Synergy Baku”nun 2 üzvü - Maksim Averin və Matey Müqerli izləyir.
3 mərhələdən sonra Sloveniyanın “Adria Mobil” komandasının üzvü, 2-ci mərhələnin qalibi Primoş Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli “Synergy” köynəyini özündə saxlayır. Hazırda ilk 10-luqda “Synergy Baku” komandasının 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin isə 6-cıdır.
Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın “Dukla Praqa” komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb. 3 mərhələdən sonra komanda hesabında “Synergy Baku” 2-ci yerdəki mövqeyini qoruyur. Təmsilçimiz ilk pillədə qərarlaşan “Adria Mobil”a cəmi 42 saniyə uduzur.
Bu gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar Qəbələdən start götürməklə “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarını qəbul edəcək Mingəçevir şəhərinədək olan 205 km məsafəni qət edəcəklər. Finiş xətti “Kür” avarçəkmə bazasının qarşısında olacaq bu mərhələnin saat 13:45-də başa çatması planlaşdırılır. Yeri gəlmişkən, televiziya tamaşaçıları bu gün Bakı vaxtı ilə saat 12:30-dan etibarən 4-cü mərhələni “Eurosport-2” və “İdman Azərbaycan” kanalları vasitəsilə canlı izləyə bilərlər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

