“Bakı-2015”-in məşəli qədim Gəncədə alovlandırıldı
16.05.2015 [12:06]
Mayın 15-də Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Əllərində gül dəstələri, Azərbaycanın üçrəngli bayraqlarını tutmuş on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxmışdılar.
AZƏRTAC xəbər verir ki, mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib. Sonra 10 idmançı məşəl yürüşünə çıxıb. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.
Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Cəmi 24 illik müstəqillik tarixi olan bir respublikada belə bir möhtəşəm tədbirin keçirilməsi onun necə sürətlə inkişaf etməsinin göstəricisidir. İndi Azərbaycan təkcə neft ölkəsi kimi tanınmır. Azərbaycanın idman sahəsində qazandığı uğurlar onu deməyə əsas verir ki, respublikamız həm də idman ölkəsidir. İndi respublikamızda elə bir şəhər, rayon tapılmaz ki, orada ən müasir idman qurğuları fəaliyyət göstərməsin. Yaradılan bu şəraitdən bəhrələnən idmançılarımız yeni-yeni uğurlara imza atırlar. Onların arasında Gəncə idmançıları çoxluq təşkil edir. Təkcə keçən il gəncəli idmançılar dünya və Avropa yarışlarından Vətənə 142 qızıl, 73 gümüş, 104 bürünc medal gətiriblər. Cari ilin ötən üç ayında isə onlar keçən ilin müvafiq dövrü ilə müqayisədə uğurların sayını artıraraq, 38 qızıl, 30 gümüş və 22 bürünc medala sahib olublar. Hazırda bu qədim şəhərdə möhtəşəm bir idman obyektinin inşası da sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə Gəncə Olimpiya Parkının tikintisinə başlanılıb.
Alov festivalının sevincini yaşayan mədəniyyət işçisi Bəxtiyar Muradov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Birinci Avropa Oyunlarının keçirilməsi həm də ölkəmizə çoxlu sayda turist axını ilə müşayiət olunacaq. Əlbəttə, sürətlə inkişaf edən ölkəmizin kifayət qədər füsunkar mənzərələri, zəngin muzeyləri, tarixi abidələri var. Bu baxımdan qədim Nizami yurdu da xarici turistləri qarşılamağa hazırdır. Onlara göstərməyə həm gözəl və yaraşıqlı şəhərimiz, həm də maddi-mədəni abidələrimiz var”.
AMEA-nın Gəncə bölməsinin əməkdaşı, Prezident təqaüdçüsü Elnur Həsənov: “Gəncədə belə bir möhtəşəm tədbirin keçirilməsi, Avropa Oyunlarının məşəlinin qarşılanması biz gəncəliləri də qürurlandırır. Atəşgah məbədində məşəlin alovlandırılması mərasimini izlədikcə insanın qəlbini sevinc hissi bürüyür. Bu gün Avropa Oyunlarının məşəli ölkəmizi diyar-diyar gəzərək, insanlara sevinc bəxş edir. Bu sevincdən 4 min il yaşı olan Gəncəyə də pay düşüb. Əminik ki, idmançılarımız bu yarışlarda da uğurla çıxış edəcək, Azərbaycan bayrağını dalğalandıracaqlar”.
Azərbaycanın idmanda qazandığı uğurlardan danışan əməkdar idman ustası, “Şöhrət” ordenli məşqçi Elçin Zeynalov isə deyib ki, müstəqillik yaşının az olmasına baxmayaraq, Azərbaycan dövlətimizin başçısının diqqət və qayğısı sayəsində əsl idman ölkəsinə çevrilib: “Mən bütün ömrümü idmana həsr etmişəm. Yetirmələrim dünya və Avropa yarışlarında fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar. Tələbələrim bu qələbələrə imza atanda sevincimin həddi-hüdudu olmayıb. Bu gün isə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim sevincimi ikiqat artırıb. Buna dəstək olanların hamısına minnətdaram”.
Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.
Xəbər lenti
Hamısına baxElanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24

