Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib
21.09.2017 [10:25]
Sentyabrın 20-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və müxtəlif idman qurumlarının rəhbərləri iştirak ediblər.
Hesabat-seçki konfransında federasiyanın rəhbər heyətinə seçkilər keçirilib. AQF-in prezidenti vəzifəsinə yeganə namizəd olan təhsil naziri Mikayıl Cabbarov səsvermə nəticəsində bu vəzifəyə seçilib.
Gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində digər sahələr kimi, idmanın da inkişafına diqqət və qayğısı nəticəsində idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrildiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsi nəticəsində ölkəmizin bütün bölgələrində mükəmməl idman infrastrukturu yaradılıb, atletlərimiz mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Ölkəmizdə idmanın digər növləri kimi qılıncoynatmanın da inkişafına hərtərəfli qayğı göstərilir.
Çıxışlarda qeyd olunub ki, Mikayıl Cabbarovun Azərbaycan Badminton Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın bu növünün inkişafı və kütləviliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Natiqlər M.Cabbarovun yeni vəzifədə də böyük uğurlar qazanacağına əminliklərini bildirib, ona uğurlar arzulayıblar.
AQF-in yeni prezidenti Mikayıl Cabbarov çıxışında göstərilən etimada görə təşəkkürünü bildirərək Azərbaycanda qılıncoynatma idmanının inkişafı və bu sahədə nailiyyətlərin qazanılması üçün səylə çalışacağını vurğulayıb. Federasiyanın qarşısında duran hədəflərdən danışan M.Cabbarov qılıncoynatma idmanı ilə məşğul olan peşəkarlara müraciət edərək bu istiqamətdə birgə fəaliyyətin önəmini diqqətə çatdırıb.
Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir. O, yeni vəzifədə avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu əvəzləyib. Nazim İbrahimov 2007-ci ildən AQF-in prezidenti olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

