Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / SOCAR-da 54 nəfər enerji idarəçisi müəyyən olunub

SOCAR-da 54 nəfər enerji idarəçisi müəyyən olunub

10.07.2026 [15:38]

Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq, “SOCAR Tower” inzibati binasında və SOCAR-ın strukturuna daxil olan 38 müəssisə və təşkilatda enerji idarəçilərinin müəyyən edilməsi məqsədilə keçirilən attestasiya başa çatıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə 105 nəfər namizədin cəlb olunduğu attestasiyada 54 nəfər enerji idarəçisi vəzifəsinə uyğun hesab edilib, 3 nəfər isə ehtiyat siyahısına salınıb.

Layihənin uğurla başa çatdırılması enerji idarəetmə sisteminin gücləndirilməsi, peşəkar insan kapitalının formalaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji effektivliyinin artırılması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30