Formula 1 təqvimində Bakının özünəməxsus yeri var
13.02.2020 [09:20]
Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə fevralın 12-də “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, BŞH-nin ənənəvi qaydada hər il təşkil etdiyi beynəlxalq konfransın builki mövzusu Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr olunub.
Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və digərləri iştirak ediblər.
Əvvəlcə Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx nümayiş etdirilib.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransda çıxış edərək ötən dörd ildə ölkəmizdə Formula 1 yarışlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib və mötəbər yarışın Azərbaycana iqtisadi faydaları barədə məlumat verib.
Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakının irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini, Azərbaycan Qran-Prisinin Formula 1 təqvimində xüsusi yerə malik olduğunu deyib. O, Bakıdakı sonuncu yürüşə baxmaq üçün Azərbaycana 75 ölkədən azarkeşlərin gəldiyini vurğulayıb. İndiyədək Bakıda keçirilmiş Formula 1 yarışlarının ümumilikdə 506,3 milyon dollar gəlir gətirdiyini diqqətə çatdıran A.Rəhimov “Yaşıl strategiya”nı prioritet seçdiklərini və Qran-Pri zamanı ölkəmizdə 10 min yeni iş yerinin açıldığını qeyd edib.
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov irimiqyaslı idman yarışlarının ölkəmizə töhfələrindən danışıb. Nazir bildirib ki, bu tədbirlərin təşkili kadr, infrastruktur və turizm potensialının inkişafına xidmət edir. Birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının təşkilinə müvafiq olaraq 600 və 46 əcnəbi mütəxəssis cəlb edilmişdisə, ötən il keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında yalnız yerli mütəxəssislərin əməyindən istifadə olunub. Son on ildə Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.
A.Rəhimov Asiya Oyunlarının, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını diqqətə çatdırıb. Nazir, eyni zamanda, könüllülərin əməyini vurğulayaraq deyib: “Birinci Avropa Oyunlarına 17 min könüllü cəlb olunmuşdu. Məhz bundan sonra ölkəmizdə könüllülük hərəkatının inkişafında yeni mərhələ başlayıb”.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir cari ildə ölkəmizdə “Avro-2020”nin dörd oyununun, cüdo üzrə “Böyük dəbilqə” turnirinin, gimnastika üzrə 8 mötəbər yarışın və digər turnirlərin keçiriləcəyini vurğulayıb.
Azərbaycan Qran-Prisinin təşkilatçı ölkəyə mühüm faydalarının olduğunu deyən Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri deyib: “Hər dəfə Bakıya səfər edəndə çox sevinirəm. Ən əsası bu il təşkil olunacaq Azərbaycan Qran-Prisini böyük həyəcanla gözləyirəm. Yeni Formula 1 mövsümünün başlamasına bir ay qalıb. Digər illərlə müqayisədə ötən il Formula 1 yarışlarına maraq çox böyük oldu. Cari mövsümün də maraqlı olacağını düşünürəm. Çünki Luis Hamiltonun Mixail Şumaxerin rekordunu qıra bilməsi üçün böyük şansı var”.
Ç.Keri bildirib: “Bakının Formula 1 təqvimində özünəməxsus yeri var. Formula 1 həmişə inkişafda olan idman növüdür. Fəaliyyətsizlik, rəqabətin olmaması yeni uğurlara imkan aça bilməz. Bu inkişaf Formula 1-in Azərbaycan mərhələsində də hiss olunur. Bakı Şəhər Halqasında təşkil olunan yürüşün əhali və azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandığını görürük və bu, bizi çox sevindirir. BŞH kimi tərəfdaşımızın olduğu üçün çox xoşbəxtik. Əməliyyat Şirkəti həmişə yüksək təşkilatçılıq bacarığı ilə fərqlənir”.
Cari ildə Bakının beşinci dəfə Formula 1 yarışlarına ev sahibliyi edəcəyini deyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yarışın paytaxt sakinləri tərəfindən maraqlı qarşılandığını bildirib. E.Əzizov deyib: “Son illərdə Azərbaycan ciddi inkişaf yolu keçib. Belə mötəbər tədbirin təşkili sabitlik və inkişaf sayəsində mümkün olub. Bu cür mühüm tədbirlər həm Bakının təbliğində, həm də vətəndaşlarımızın dünyaya sürətlə inteqrasiyasına təsir göstərir. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Qran-Prinin bu il də yüksək səviyyədə keçiriləcəyinə əminəm”.
Ötən ilin mayında UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar üç gün ərzində 38 min azarkeşin ölkəmizə gəldiyini deyən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov artıq iki ildir “Avro-2020”nin hazırlıqlarına başladıqlarını deyib. Azərbaycanın mötəbər yarışı təşkil etməyə hazır olduğunu vurğulayan E.Məmmədov artıq 111 min biletin xarici vətəndaşlar tərəfindən alındığını diqqətə çatdırıb. O, azarkeşləri biletləri onlayn qaydada əldə etməyə çağıraraq deyib: “Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda Türkiyə, İsveçrə və Uels yığmaları mübarizə aparacaqlar. İtaliya millisi isə oyunlarını doğma meydanda keçirəcək. Ölkəmizdə çıxış edəcək komandaların nümayəndələri ilə əldə olunmuş razılığı görə, hər üç yığma oyunlardan əvvəl Bakıda təlim-məşq toplanışında iştirak edəcəklər. Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min əcnəbinin gələcəyi gözlənilir. Çox istərdik ki, Bakı gələcəkdə UEFA Çempionlar Liqasının finalına da ev sahibliyi etsin. Avropa miqyasında üç ən böyük futbol tədbirindən ikisinə artıq ev sahibliyi etmişik. Bizim Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda UEFA Çempionlar Liqasının finalının da təşkil ediləcəyinə inanıram”.
Sonra ölkəmizdə təşkil olunan mötəbər futbol turnirləri ilə bağlı videoçarx nümayiş etdirilib.
Konfransın ikinci hissəsində “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev, Formula 1 Fransa Qran-Prisinin baş icraçı direktoru Erik Bulye, “F1 Sky” televiziya kanalının rəhbəri Skot Yanq, “Galway 2020” tədbirinin əməliyyatlar və maliyyə üzrə direktoru Alan Qreydi və “Quantum Consultancy” şirkətinin baş icraçı direktoru Mark Matir “Şəhərin davamlı inkişafı - idman və turizm davamlı gələcəyi necə reallışdırır?” mövzusu ətrafında məruzələrlə çıxış ediblər.
Konfransa sual-cavab sessiyası ilə yekun vurulub.
Tədbirin keçirilməsində məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə təşkil olunan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu istiqamətdə mütərəqqi beynəlxalq təcrübəni bölüşməkdir.
Cari ildə Formula 1 Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20

