Daha bir güləşçimiz Avropa çempionu oldu
15.04.2010 [09:31]
60 kq çəki dərəcəsində döşəyə çıxacaq Hacı Əliyev 1/8 final mərhələsindən mübarizəyə başlayıb. O, ilk görüşdə almaniyalı Tim Sleyçerlə güləşib. İlk hissədə idmançımız fəallıq nümayiş etdirsə də, xal ala bilməyib. Hissənin sonunda püşk atılıb və rəqib fənd işlədib. Düzgün fənd almaniyalının fasiləyə qalib kimi yollanmasını təmin edib. Lakin bundan sonra özünə gələn Əliyev rəqibə bu idman növündən “dərs” keçməyə başlayıb. Belə ki, ikinci hissədə 3:0 hesabı ilə qələbə qazanan pəhləvanımız növbəti hissədə 1 xal geri düşsə də, sonradan 2 xal qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Həmyerlimiz növbəti mərhələdə Andrey Perpelita (Moldova) ilə güləşib. İlk hissədə 4:2 hesabı ilə irəlidə olan pəhləvanımız sonda 4:5 hesabı ilə uduzub. O, ikinci hissədə hesabı bərabərləşdirsə də, bu uğurun davamını gətirə bilməyib. üçüncü hissədə qələbə qazanan rəqib yarımfinala yüksəlib.
74 kq çəkidə yarışan yığmamızın liderlərindən biri - çamsulvara çamsulvarayev Avropa çempionatında qızıl medala iddialı sayılırdı. Güləş üslubu ilə xüsusi rəğbət qazanan idmançımız güclülərin yer aldığı yarımqrupda mübarizə aparıb. Təmsilçimiz birinci döyüşdə Ukrayna millisinin şərəfini qoruyan gürcü Giya çixladzeni sınağa çəkib. Rəqibin zəif nöqtələrini tapdıqdan sonra özünün şah fəndlərini işlədən dağıstanlı legionerimiz ilk hissədə 5:0 hesabı ilə qələbə qazanıb. İkinci hissədə də üstünlük onun tərəfində olub. çamsulvarayev bu dəfə Ukrayna təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Təəssüf ki, həmyerlimiz növbəti mərhələdə məğlub olaraq qızıl medal şansını itirib. Amma o, təsəlliverici görüşdə alman güləşciyə qalib gələrək ölkəmizə bürünc medal qazandırıb.
96 kq çəkidə yarışan Xetaq Qazyumov isə titulunu qorumaq üçün döşəyə çıxıb. Son Avropa çempionatında bütün rəqiblərinə başağrısı olan güləşçimiz ötən il dünya kubokunun qızıl medalını da qazanıb. Sevindirici haldır ki, o, 2010-cu ilin ilk mötəbər turnirinə də uğurla başlayıb. Əvvəlcə Pekin-2008-in bürünc mükafatçısı İmants Lagodskisi (Latviya) yarışdan kənarlaşdırıb. Birinci hissədə 5:0 hesabı ilə rəqibinə qalib gələn Qazyumov ikinci hissədə Lagodskisi 4:0 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada həmyerlimiz Radoslav Baranla (Polşa) qurşaq tutub və parlaq qələbə qazanaraq finala vəsiqə əldə edib. Güləşçimiz finalda gürcü idmançısına qalib gələrək Avropa çempionu olub. Beləliklə, iki günün nəticəsinə əsasən, güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

