KİV komandaları arasında voleybol turniri start götürdü
01.05.2010 [08:42]
Dünən keçirilən oyunlarda kifayət qədər maraqlı və gərgin mübarizə yaşandı
“Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 87 illik yubileyinə həsr olunan kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri dünən start götürdü. Qeyd edək ki, 19 komandanın 4 qrupda mübarizə apardığı turnirin final oyunu mayın 7-də keçiriləcək.
Dünən keçirilən ilk turun oyunları göstərdi ki, turnirə qatılan media nümayəndələri kifayət qədər iddialıdırlar və meydanda heç də “gəzmək” fikrində deyillər. “Səs” qəzetinin əməkdaşları elə ilk oyunda turnirin qalibi olmağa iddialı olduqlarını ortaya qoydular. Belə ki, “Səs”in jurnalist voleybolçuları ilk oyunda “Xəzər” TV əməkdaşlarına heç bir şans verməyərək 2-0 hesabı ilə qalib gəldilər. “Mövqe” və “Futbol+qol” qəzetlərinin birləşmiş komandası turnirə daha qələbəlik heyətlə qatılıblar. Bu isə komandanın oyunçularının bir-birini meydançada tez əvəzləməsinə imkan yaradırdı ki, bu da onların çox yorulmamasına gətirib çıxarırdı. Bu amil komandaya sonrakı turlarda çox kömək edə bilər. Daha üstün oyun göstərən komanda “Bakı xəbər” qəzetinin kollektivini 2-0 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başladılar.
“Kaspi” qəzeti ilk turu dincələrək keçirməli oldu. Məsələ ondadır ki, rəqib “Azərbaycan” qəzeti ilk oyuna gəlmədiyi üçün “Kaspi” ilk turu oynamadan texniki qələbə ilə başa vurdu. “Palitra” və “Paritet” qəzetlərinin birləşmiş komandası da ilk turu üzülərək başa vurmalı oldular. Birləşmiş komanda “Xalq” qəzeti ilə oyunda məğlubiyyətlə barışmalı oldu. Amma hələ heç nə itirilməyib və qarşıdakı turlarda bu məğlubiyyəti kompensasiya etmək mümkündür.
Ən maraqlı mübarizə isə İctimai Televiziyanın komandası ilə AzərTAc-ın komandası arasında baş tutdu. Komandaların güc səviyyəsinin bir-birinə çox yaxın olması meydanda əməlli-başlı mübarizənin yaşanmasına şərait yaratdı. Amma daha inamlı oyun göstərən İTV ilk seti, hətta 24-21 hesabı ilə geridə olmasına baxmayaraq, əsl əzmkarlıq nümayiş etdirərək qələbə ilə başa vura bildi - 26-24. İkinci setdə isə televiziyaçılar rəqiblərinə heç bir şans verməyərək 25-20 hesabı ilə qələbə qazandılar. Beləliklə, İTV-nin komandası ilk oyununda 2 xal qazanmağa nail oldu. Qəzetimizin komandasının da yer aldığı C qrupunda isə “Azad Azərbaycan” qəzeti ilə “Azərbaycan müəllimi” qəzetinin komandaları üz-üzə gəldilər. Kifayət qədər maraqlı və gərgin keçən oyunda “Azad Azərbaycan” qəzetinin komandası meydanı 2-1 hesabı ilə qalib tərk etdi. “Həftə içi” və “Ədalət” qəzetlərinin komandaları arasındakı oyundan isə ikincilər 2-0 hesabı ilə qalib ayrıldılar. “Space” televiziya kanalının komandası “Xalq cəbhəsi” qəzetinin komandası ilə oyuna gəlmədiyi üçün onlara 2-0 hesabı ilə texniki məğlubiyyət verildi.
Dünən keçirilən I turun nəticələrini təqdim edirik:
“Səs” qəzeti-”Xəzər” TV 2-0
“Bakı-xəbər” qəzeti-”Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası 0-2
“Kaspi” qəzeti-”Azərbaycan” qəzeti 2-0
“Azad Azərbaycan” qəzeti-”Azərbaycan müəllimi” qəzeti 2-1
İTV-AzərTAc 2-0
“Xalq qəzeti”-”Palitra”+”Paritet” qəzetlərinin birgə komandası 2-0
“Həftə içi” qəzeti-”Ədalət” qəzeti 0-2
“Space” TV-”Xalq cəbhəsi” qəzeti 0-2
A qrupu:
“Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası - 2 xal
“Ədalət” qəzeti - 2 xal
“İki sahil” qəzeti - 0 xal
“Həftə içi” qəzeti - 0 xal
“Bakı-xəbər” qəzeti - 0 xal
B qrupu:
“Kaspi” qəzeti - 2 xal
İctimai Televiziya - 2 xal
AzərTAc - 0 xal
SİA - 0 xal
“Azərbaycan” qəzeti - 0 xal
C qrupu:
“Xalq” qəzeti - 2 xal
“Azad Azərbaycan” qəzeti - 2 xal
“Azərbaycan müəllimi” qəzeti - 0 xal
“Yeni Azərbaycan” qəzeti - 0 xal
“”Palitra”+”Paritet” qəzetlərinin birgə komandası” - 0 xal
D qrupu:
“Səs” qəzeti - 2 xal
“Xalq cəbhəsi “ - 2 xal
“Xəzər” TV - 0 xal
“Space” TV - 0 xal
Qeyd edək ki, bu gün ikinci turun oyunları keçiriləcək. Turnirdə mübarizə aparan qəzetimizin komandası bu gün ilk oyununu keçirəcək. Rəqibimiz “Azad Azərbaycan” qəzetinin kollektivi olacaq. Bu gün keçiriləcək oyunların təqvimini təqdim edirik:
12:00. “Ədalət” qəzeti - “Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası
12:45. “İki sahil” qəzeti - “Həftə içi” qəzeti
13:30. “SİA” - “Kaspi” qəzeti
14:15. “Azərbaycan müəllimi” qəzeti - “Xalq” qəzeti
15:00 “Yeni Azərbaycan” qəzeti - “Azad Azərbaycan” qəzeti
15:45. “Səs” qəzeti - “Xalq cəbhəsi” qəzeti
16:30. “Azərbaycan” qəzeti - İTV
17:15. “Xəzər” TV - “Space” TV
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

