Ölkəmiz Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv olub
03.09.2026 [09:17]
Bu, ölkəmizin beynəlxalq innovasiya xəritəsində mövqeyini yeni mərhələyə çıxaracaq
Avqustun 28-də Rəqəmsal Əməkdaşlıq Təşkilatının (Digital Cooperation Organization - DCO) Ər-Riyadda keçirilən iclasında Azərbaycanın bu quruma üzv olması barədə qərar qəbul edilib. Azərbaycan da daxil olmaqla DCO-ya üzv ölkələrin sayı 16-dan 24-ə çatdırılıb. Bununla da 980 milyon əhalisi olan bu rəqəmsal platforma böyük bir coğrafiyanı əhatə etməklə, Azərbaycanın beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarmış olacaq. Qeyd edək ki, respublikamız 2022-ci ildən DCO-da müşahidəçi statusunda təmsil olunmaqdadır.
“GovTech Yetkinliyi İndeksi”ndə yüksək nəticə
Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində mühüm addımlar atıb, mühüm strateji sənədlər qəbul edib. İnnovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində elektron intibaha keçid sahəsində iradəli addımlar atılır, möhkəm rəqəmsal infrastruktur qurulmaqdadır. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunub. Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. “Onlayn Azərbaycan” layihəsinin icrası sayəsində müasir IMS platforması ilə işləyən GPON avadanlığı və optik infrastruktur qurulub. Ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb. Yüksək standartlara cavab verən “Hökumət buludu” istifadəyə verilib və data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatıb. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir. Biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin edib. Habelə “Mygov” platforması yenidən qurularaq 2,5 milyondan artıq vətəndaşa xidmət göstərir. Hazırda sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2,3 milyondan artıq rəqəmsal sənəd “Mygov” platforması vasitəsilə təqdim edilməkdədir.
Ölkəmizin innovasiya ekosisteminin inkişafı ilə bağlı da güclü infrastruktur qurulub, biznes üçün bir sıra güzəştlər edilib. Vergi və Miqrasiya məcəllələrində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentləri vergi, gömrük və sosial güzəştlərlə əhatə olunublar.
Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb.
Rəqəmsal İnkişaf Şurası - yeni cəmiyyət quruculuğunda növbəti mərhələ
Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası” rəqəmsal inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib və bir neçə ay əvvəl Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şura qısa müddət ərzində öz fəaliyyət sahəsinə aid strateji məsələlərin həllində mühüm addımlar atıb.
Son 5 ayda digər istiqamətlərdə də xeyli müsbət nəticələr əldə edilib və dövlət qurumlarının vahid rəqəmsal platformaya inteqrasiyası sürətlənib, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri müəyyən olunub. Qısa müddət ərzində “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “ASAN müraciət” tətbiqlərinin bir çox xidmətləri inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə “mygov” üzərindən təqdim edilməsi planlaşdırılır.
Rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir. Bu sxemə əsasən, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlərin yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunması, ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqlərinin vahid ekosistemdə birləşdirilməsi sayəsində də ardıcıl işlər aparılır. Rəqəmsal mühitdə biznes-dövlət münasibətlərinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət, biznes və cəmiyyətin birgə fəaliyyəti iqtisadi həmrəyliyi təmin etməklə, rəqəmsal iqtisadiyyat quruculuğuna güclü təkan verir. Bu cəhətdən rəqəmsal transformasiyada özəl sektorun liderliyinin gücləndirilməsi, ailə-biznes modellərinin və fərdi sənaye istedadlarının, xüsusilə də startap və süni zəka sahəsində fəaliyyətinin stimulaşdırılması üçün çevik platformalar qurulmaqdadır.
Rəqəmsal hədəfin ən başlıca istiqamətlərindən biri də innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılmasıdır. Bu çərçivədə vençur maliyyələşdirilməsi, “mələk investorlar” institutunun hüquqi bazasının formalaşdırılması, həmçinin yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə “Fondlar fondu”nun yaradılması innovativ təfəkkürün mühüm sütunu kimi dəyərləndirilə bilər. Qlobal istedadların cəlbi üçün “Rəqəmsal səyyah” və “Rəqəmsal istedad” vizalarının tətbiqi, eləcə də frilanserlər üçün vergi güzəştləri Azərbaycanın regional texnologiya mərkəzi kimi mövqeyinin gücləndirilməsində əla fürsət, rəqəmsal investisiya mühitinin təmin edilməsi deməkdir. Bütün bu kompleks tədbirlər Azərbaycanda yeni sənaye cəmiyyətinə və rəqəmsal transformasiya quruculuğuna keçidi daha da tezləşdirməyə geniş imkanlar yaradır.
Geniş fürsətlər
Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın mövcud rəqəmsal siyasətini beynəlxalq miqyasda genişlənməsi və yeni tərəfdaşlarla rəqəmsal proqramlarda birgə iştirakı üçün əlverişli mühit formalaşdırır. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər tərəfi DCO-nun qurucu və aparıcı dövlətlərinin əhəmiyyətli hissəsinin Azərbaycana dost ərəb ölkələri olmasıdır. Ərəb dünyasında son 10 ildə rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsi, süni intellekt, data iqtisadiyyatı, milli rəqəmsal identifikasiya, bulud infrastrukturu və insan kapitalının inkişafı ilə birlikdə həyata keçirilir. DCO-nun təsisçisi olan Səudiyyə Ərəbistanının timsalında bu təşəbbüsün miqyasını aydın görmək mümkündür. 2019-cu ildə yaradılan Səudiyyə Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) altı istiqamətli Milli Data və Süni İntellekt Strategiyasını (NSDAI) həyata keçirir. 2026-cı il ölkədə rəsmən “Süni İntellekt İli” elan olunub. Həmin ölkənin HUMAIN təşəbbüsü çərçivəsində elan edilmiş investisiya öhdəlikləri - Google Cloud ilə 10 milyard dollarlıq tərəfdaşlıq, “Blackstone” ilə data mərkəzləri üzrə 3 milyard dollarlıq razılaşma və “NVIDIA”nın çoxillik çip tədarükü müqavilələri daxil olmaqla - məcmu şəkildə 100 milyard dolları keçib. Azərbaycanın Səudiyyə Ərəbistanı ilə bu sahədə geniş əməkdaşlığının olması həmin təcrübənin tətbiqi üçün mühüm fürsətlər deməkdir.
Transxəzər Fiber-Optik Kabeli - “Rəqəmsal İpək Yolu”nun əsas xətti
Azərbaycan regionda rəqəmsal tranzit xəttinin qurulmasında da səylərini dayanmadan gücləndirir. Qazaxıstan hökuməti ilə birgə Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisini həyata keçirir. Layihəyə əsasən, Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək.
Transxəzər xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu rəqəmsal infrastruktur landşaftı həmin ölkələr arasında məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək.
Bu layihə Xəzər-Asiya regionlarında ən optimal və qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin edəcək, bölgədə çalışan biznes icmasının fəaliyyətində də yeni imkanlar açacaq. Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan və Qazaxıstanın inkişafında, eləcə də digər region ölkələrinin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq.
Beləliklə, DCO-ya üzvlük Azərbaycanın Cənubi Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi və Digital Silk Way tranziti qurmasında institusional və praktiki dəstəkverici rol oynayacaq, strateji hədəflərə çatmasında yardımçı olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46

