Qaydalar dəyişir...
25.07.2024 [10:45]
Ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizə gücləndirilir
Nazirlər Kabinetinin (NK) müvafiq qərarına əsasən, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib. Qərara əsasən, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verildiyi hallar artırılıb. Siyahiya yeni gömrük prosedurları əlavə edilib ki, onlar birbaşa malların bəyanetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, ticarət iştirakçıları malların buraxılışı həyata keçirildikdən sonra 3 il müddətində malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda bəyannamə təqdim etməli olacaqlar. Bundan başqa, bəyannaməçi gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda müvafiq bəyanetməni icra etməlidir. Gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda da bəyanetmə proseduru yerinə yetirilməlidir. Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru altında yerləşdirilməməsi müəyyən edildikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv ediləcək.
NK-nın digər bir qərarı “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydalar”da dəyişikliklərlə bağlıdır. Belə ki, qərara əsasən, bundan sonra gömrük orqanları qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair protokol tərtib edəcək və bu barədə gömrük orqanının rəhbəri əsaslandırılmış qərar qəbul edəcək. İndiyə qədər bu addım fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında atılırdı.
Bundan başqa, valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı dəyişib. Belə ki, gömrük orqanlarının nəzərə aldığı “valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması” indikatoru “valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması” indikatoru ilə əvəzlənib.
Beləliklə, yeni qaydalara əsasən, valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı və qaydaların miqyası daha da dəqiqləşdirilib. Belə ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında da onların hərəkəti dayandırılır, yəni aparılmasına icazə verilmir. Burada söhbət eyni zamanda inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarından gedir
NK-nın qərarında əsasən, ölkədən valyuta çıxarılması prosedurları ilə bağlı mexamizm də müəyyənləşib ki, bu da ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizənin gücləndirilməsi, aydın və ölçülə bilən indikatorlar ilə prosesdə şəffaflıq və hesabatlığı daha da artırmaq məqəsdi daşıyır. Yeni hüquqi çərçivə həm də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gəlir və valyuta tənzimlənməsi sahəsində nəzarət tədbirlərinin artırılmasına,”çirkli pulların” yuyulması ilə bağlı beynəlxalq öhdəliklərdən irəli gələn tələblərin icrasına əsaslanır.
Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bank tərəfindən valyuta vəsaitlərinin ölkədən çıxarılması ilə bağlı ötən ildən qüvvəyə minmiş yeni qaydalar qüvvəyə minib ki, bu da valyuta mübadiləsi sahəsində nəzarətin təkmilləşdirilməsinə xidmət edib. Həmin qaydalara əsasən, vətəndaşlar 500 dollara qədər dollar (avro, funt və s.) alarkən, 10 min dollara qədər satarkən heç bir sənəd tələb olunmadığı halda, 20 min manat dəyərində valyuta alışı zamanı vəsaitin mənbəyi haqqında məlumat verməlidirlər. Eləcə də 10 min dollardan artıq pul alarkən müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək. Valyutadəyişmə məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi isə 20 min manat və ona ekvivalent məbləğdə xarici valyuta dəyərindən artıq ola bilməz.
Beləliklə, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq konvensiyalara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinə uyğun olaraq valyuta axınlarına nəzarət son illərdə aktuallaşdığından bu istiqamətdə əlavə tədbirlərin görülməsinə ehtiyac yaranıb. Bu baxımdan valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı hərəkətinin izlənməsi, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirməsi və ərazidən çıxarması hökumət tərəfindən daha çevik və xüsusi nəzarətdə saxlanılacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

