“PAŞA Həyat Sığorta”nın 10 aylıq maliyyə göstəriciləri ilə bağlı mətbuat konfransı keçirilib
29.11.2012 [01:22]
2013-cü ildə şirkət tərəfindən bazara 5-ə yaxın yeni sığorta məhsullarının təqdim edilməsi planlaşdırılır
“7 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan “PAŞA Həyat Sığorta”nın hazırda nizamnamə kapitalı iki dəfədən çox artırılaraq 15,050 milyon manata çatdırılıb”. Bunu dünən “PAŞA Həyat Sığorta” şirkətinin 10 aylıq (2012-yanvar-oktyabr) maliyyə göstəriciləri ilə bağlı keçirilən mətbuat konfransında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov deyib.
Onun sözlərinə görə, 2012-ci ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən həyata keçirilən sığorta hadisələri üzrə 252 min manata yaxın sığorta ödənişi edilib ki, bu da ötən ilin müvafiq dövrü üzrə verilən ödənişlərlə müqayisədə təxminən 3 dəfə çoxdur: “Qeyd olunan dövr ərzində könüllü sığorta növləri üzrə ödənilən vəsaitlərin həcmi 88,627 min manat, icbari sığorta üzrə verilən ödənişlərin həcmi isə 163 min manatdan çox olub. Göründüyü kimi, məcmu ödənişlərdə könüllü sığorta növlərinin payı 35 faiz, icbari sığorta növünün payı isə 65 faiz təşkil edib”.
Niyaz İsmayılov onu da qeyd edib ki, son bir il ərzində şirkətin sığorta haqlarının həcmində də ciddi artım müşahidə olunub. Belə ki, cari ilin 10 ayında şirkət tərəfindən toplanılan sığorta haqlarının həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,936 milyon manat (66 faiz) artaraq 12,459 milyon manata çatıb. Hesabat dövründə könüllü sığorta növləri üzrə yığımların həcmi 3,691 milyon manat, icbari sığorta növləri üzrə 8,768 milyon manat təşkil edib. Məcmu yığımlarda könüllü sığorta növlərinin xüsusi çəkisi 30 faiz, icbari sığorta növlərinin payı isə 70 faiz olub. Son bir il ərzində könüllü sığorta növlərinin ümumi sığorta haqlarındakı payı durmadan artmaqdadır. Ötən il şirkətin xalis mənfəəti 2,5 milyon manata yaxın olub. Bu il isə bu rəqəmin 5 milyon manat olacağı gözlənilir.
Əlavə edilib ki, 2013-cü il ərzində şirkət tərəfindən bazara 5-ə yaxın yeni sığorta məhsullarının təqdim edilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Nizamnamə kapitalının da daha 5 milyon manata yaxın artırılması nəzərdə tutulur. Bundan başqa, şirkətin daxili agent şəbəkəsi, bölgələrdə nümayəndəliklərin (gələn il üçün ilkin olaraq Gəncədə) yaradılması da planlaşdırılıb.
Qeyd edək ki, hazırda respublikada həyat sığorta bazarında 36 faiz paya sahib olan (yığıma görə 2-ci şirkət) “PAŞA Həyat Sığorta” şirkəti 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası növü üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

