QDİƏT-in əsas hədəflərindən biri...
21.06.2025 [09:43]
Məqsəd Orta Dəhlizi rəqabətədavamlı marşruta çevirməkdir
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) prioritet hədəflərindən biri də regional nəqliyyat-logistika sahəsində əlaqələrin inkişaf etdirilməsidir. Təşkilata üzv ölkələr hesab edir ki, regionda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsində, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılmasında mövcud nəqliyyat dəhlizlərində inteqrasiyanın gücləndirilməsi mühüm töhfəverici rol oynayır. Bu nəqliyyat sxemləri sırasında ən perspektivli platforma isə Orta Dəhliz hesab olunur.
Orta Dəhlizin rəqabətədavamlı marşruta çevrilməsi və geniş nəqliyyat ailəsini özündə birləşdirməsi Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar sessiyasında da vurğulanıb.
Bolqarıstan Milli Assambleyasının Prezidenti Nataliya Kiselyova bildirib ki, Orta Dəhlizin ən axıcı qollarından biri kimi Qara dənizdə qovşağın yaradılması nəzərdə tutulur ki, bununla da Cənubi Qafqaz vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək enerji resurslarının daşınması həyata keçirilə bilər. Dəniz qovşağının yerləşəcəyi məkan hələ müəyyən edilməyib, amma Avropa İttifaqı buna tam dəstək ifadə edir. Qeyd edib ki, hazırda QDİƏT çərçivəsində əsas məqsəd Orta Dəhlizi rəqabətədavamlı yüksək səviyyəli yola çevirməkdir. Dəhliz Mərkəzi Asiya ilə Avropa arasında bağlantını 15 günlük müddətinə təmin edir. Orta Dəhliz quru yol vasitəsilə ən əsas alternativ marşrutdur. Üstəlik, bu dəhliz Rusiyadan yan keçir. Hazırkı geosiyası şərait fonunda bu dəhliz xüsusi önəm qazanır.
Azərbaycanın enerji-nəqliyyat layihələri QDİƏT ölkələrini birləşdirir
Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilat çərçivəsində fəal əməkdaşlıq edir və səmərəliliyinin artırılmasına yönəldilmiş təşəbbüsləri dəstəkləyir. Ölkəmiz təşkilat çərçivəsində ticarət, gömrük, nəqliyyat, enerji və digər sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. Respublikamızın təşəbbüskarı və müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP qaz boru kəmərləri və bütövlükdə, Cənub Qaz Dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Xəzər hövzəsi ilə Qara dəniz hövzəsi arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət etməkdədir.
2017-ci ildə istifadəyə verilmiş BTQ faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğravi qovşaqlarından biri olmaqla təkcə QDİƏT ölkələrini birləşdirən regional layihə deyil, qitələri birləşdirən, Asiya və Avropa arasında vacib bağlantını təmin edən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Ona görə də, təşkilata üzv ölkələr bu polad magistralı “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli strukturu kimi qəbul edilir.
Ölkəmizin coğrafi-strateji mövqeyi, bir sıra mühüm nəqliyyat dəhlizlərinin bu ərazidən keçməsi ölkəni Avropa ilə Asiya arasında etibarlı tranzit məkanına çevirməkdədir. Azərbaycan tarixi İpək Yolunun bərpasında hazırda fəal rol oynamaqla QDİƏT ailəsini vahid nəqliyyat habında birləşdirməkdədir.
Bolqarıstan və Sloveniya Orta Dəhlizə qoşulur
Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb.
Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının Orta Dəhliz birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib.Tərəflər Burqas və Varna dəniz limanlarının Qazaxıstanın strateji nəqliyyat-ticarət marşrutlarına inteqrasiyası üçün birləşdirici dəhliz layihəsi üzərində işləməyə razı olduqlarını bəyan ediblər.
Həmçinin Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirmək yönündə praktiki addımlar atmaqdadır. Cari ilin aprelində Sloveniya hökuməti Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətini bəyan edib. Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyublyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Adriatik dənizindəki Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış eldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret tədbirlər görəcək.
Avropa İttifaqının Xəzər-Qara dəniz bölgəsinə marağı
Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının da marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər -Avropa coğrafiyasına xüsusi önəm verərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər. Belçika Krallığının Qazaxıstandakı səfiri Anri Vantigem bildirib ki, Mərkəzi Asiyadan Avropaya nəql edilən daşınmaların intensivliyini daha da artırmaq üçün əhəmiyyətli sərmayə yatırımları nəzərdə tutulur. Onun sözlərinə görə, Mərkəzi Asiya və Xəzər regionu təbii resurs və digər iqtisadi potensial baxımından son illərdə daha da inkişaf edir, bu bölgənin ehtiyatlarının nəqli Avropa üçün xüsusi maraq kəsb edir və resursların daha tez və maneəsiz daşınması üçün bütün zəruri logistika infrastrukturunu yeniləməyə başlamaq lazımdır.
Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirib, onların bu iradəsi sayəsində vahidi Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin ediləcəyini vurğulayıb. Bu prosesdə Aİ-nin bütün zəruri dəstəkləri verəcəyi xatırlanıb.
Zəngəzur dəhlizi üçün yeni imkanlar
Cari ilin mart ayında Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idarəetmənin qurulması və digər məsələlər müzakirə olunub. 10 ölkənin dəmir yolu administrasiyası və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə yeni strateji hədəflər müəyyənləşdirilib. Orta Dəhlizdə yer almaq niyyətlərini bildirən Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlanacağını vurğulayıblar.
Göründüyü kimi, Azərbaycanın əsas oyunçu və mərkəzi coğrafiya olduğu Orta Dəhlizin vahid nəqliyyat arteriyası formalaşmaqdadır. Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31

