Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İqtisadi tərəqqiyə, yüksək rifaha dəstək olaq

İqtisadi tərəqqiyə, yüksək rifaha dəstək olaq

20.09.2013 [10:35]

Son 10 ilin uğurları fonunda cənab İlham Əliyevin qələbəsi şəksizdir
Ölkəmiz mühüm siyasi kampaniya ərəfəsindədir. Hər bir seçki prosesi, xüsusilə də, prezident seçkiləri arxada qalan illərin təhlilini bir tələb kimi ortaya qoyur. Bu gün böyük inam hissi ilə qeyd ediriksə ki, Azərbaycan Cənubi Qafqazın ən qüdrətli iqtisadiyyata malik ölkəsidir, iqtisadi inkişaf modeli beynəlxalq aləmdə təqdir olunur, bu halda həyata keçirilən siyasətin düzgün və məqsədyönlülüyü bir daha təsdiqlənir.
Son 10 ildə Azərbaycan hansı uğurlara imza atıb? Bu sualın ümumiləşdirilmiş ifadəsi olaraq 155 ölkənin dəstəyi əsasında ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini qeyd edə bilərik. Çünki bu, sadəcə 155 səs yox, o sayda dövlətin Azərbaycanda həyata keçirilən siyasətə dəstəyi, verdiyi qiymətdir. Malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi imkanlarını genişləndirən Azərbaycan beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilib. Qərblə Şərqin qovşağında yerləşən ölkəmiz müxtəlif mövzuda beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan seçilməklə artan nüfuzunu və çəkisini nümayiş etdirir.
2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını əsas hədəf kimi qarşıya qoydu. Bunun üçün iqtisadi artımın yalnız neft deyil, qeyri-neft sektorunun inkişafı hesabına olmasının vacibliyini bildirdi. Cari ildə regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrası başa çatacaq. I Dövlət Proqramının icrasından ötən dövr ərzində ölkə iqtisadiyyatı üç dəfə artıb. İqtisadiyyata qoyulan investisiyalar 140 milyard dollar təşkil edir. Təkcə cari ildə investisiyaların həcmi 12,6 milyard dollar olub ki, bunun da təxminən 7 milyardı daxili investisiyalardır. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirildi. İqtisadiyyatın aynası olan büdcə son 10 ildə 20 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar idi. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın uğurlarının davamlılığını təmin etməklə, qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir. Bu günümüzü dünənimizlə müqayisə etdikdə böyük inkişafıın, tərəqqinin şahidi oluruq. Bunlar reallıqlardır. “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik-neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək” söyləyən cənab İlham Əliyev bildirir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür, həm də statistik rəqəmlərdə öz əksini tapır. Təkcə bu ilin ötən dövrünün iqtisadi göstəricilərinə diqqət yetirsək, ümumi inkişaf barədə aydın təsəvvür əldə etmiş olarıq. Cari ilin birinci yarısında iqtisadi artım 5 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda artım 11 faiz olmuşdur. 55 min yeni iş yeri açılıb ki, bunun da 45 mini daimidir. Valyuta ehtiyatlarımız 48 milyard dollar səviyyəsinə çatmışdır.
İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Regionların inkişafına dair Dövlət proqramlarının icrasına başlananda, yəni, 2004-cü ildə ölkəmizdə orta əməkhaqqı 100 dollar səviyyəsində idi. Bu gün isə həmin rəqəm 520 dollardır. Orta pensiya 2004-cü ildə 20 dollar idi, hazırda isə 200 dollardır. Hazırda ölkəmizdə pensiyalar əməkhaqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir. Cari ilin ötən dövründə əhalinin pul gəlirləri 7 faiz artıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardan biri kimi ötən il vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsini qeyd etməliyik. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Dövlətimizin uğurlu sosial siyasəti, həyata keçirilən islahatların əsasında vətəndaş amilini saxlaması beynəlxalq səviyyədə də təqdir olunur. Hazırkı dövrün əsas çağırışı olan yoxsulluqla mübarizə istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar beynəlxalq tədbirlərdə müzakirələr zamanı öndə saxlanılır və yüksək dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2011-ci ildə keçirilən “Modernləşmə siyasəti: yeni sosial və iqtisadi çağırışlar” mövzusunda beynəlxalq konfransda müxtəlif ölkələrin təmsilçiləri tərəfindən bu fikir xüsusi qeyd olunmuşdur ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçiliyin yüksək səviyyədə qurulması, həyata keçirilən siyasətin əsasında dövlətin, xalqın maraqlarının dayanması, bir sözlə, düzgün seçilən yol bütün məsələlərin öz müsbət həllini tapmasını şərtləndirir. Ölkəmizin yoxsulluqla mübarizədə qazandığı uğurlar önə çəkilərək, bu təcrübədən istifadə etməyin zəruriliyi bildirilmişdir. Son illərdə yoxsulluq şəraitində yaşayan insanların sayı beş dəfə azalıb. İşsizliyin səviyyəsi 5,2 faizdir. Dünyanın müxtəlif yerlərində yaşanan gərginliklərə, qarşıdurmalara, müharibələrə, maliyyə və iqtisadi böhrana diqqət yetirsək, təbii ki, baş verənlər belə bir gerçəkliyin təsdiqidir ki, yalnız düzgün siyasət problemlərin həllinə yol aça bilər. Həmin ölkələrin yaşanan maliyyə-iqtisadi böhranları beynəlxalq maliyyə qurumlarının yardımı olmadan çözmək imkanında olmadıqları özünü büruzə verdi. Amma Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azalması, iş yerlərinin bağlanması fonunda ölkəmizdə yeni iş yerlərinin yaradılması, əməkhaqları və pensiyaların artırılması, sosial proqramların uğurlu icrası və s. kimi bir-birindən əhəmiyyətli addımlar inkişafın Azərbaycan modelinin mövcudluğunu nümayiş etdirir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkərək bildirmişdir ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Bu əminliyi yaradan isə ölkəmizin iqtisadi və maliyyə imkanlarıdır. Bu gün Azərbaycan böyük həcmdə maliyyə vəsaiti tələb edən layihələri öz imkanları hesabına həyata keçirmək gücündədir.
Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. 2003-2008-ci illərdə görülən işlər cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərində qələbəsini təmin etdiyi kimi, 2008-2013-cü illərin uğurları da bu ilin prezident seçkilərinin qələbəsini şərtləndirir. Xalqımız reallığa yüksək dəyər verir. Daim qeyd olunduğu kimi, siyasət praktik işlər, real məsələlərdir. Bu günümüzün əsas reallıqları budur ki, inkişafın təməl daşı kimi dəyərləndirilən iqtisadiyyatımız sürətlə inkişaf edir, sosial islahatlar davamlıdır, demokratik təsisatların inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır və beynəlxalq səviyyədə təqdir olunur, Azərbaycanın dünya birliyində yeri və rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də artan nüfuzunun göstəricisidir.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxtla bölgələrimiz arasında fərq aradan götürülmüş, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Cənab İlham Əliyevin tez-tez paytaxtın ayrı-ayrı rayonlarında, qəsəbələrində, eyni zamanda, bölgələrimizdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olaraq, həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonların və qəsəbələrin siması əhəmiyyətli dərəcədə dəyişmiş, quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Cənab İlham Əliyev hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqda sərəncamlar imzalayır və dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılır. Bu gün Azərbaycan quruculuq meydançasına çevrilib. Regionlar arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti uğurlarımızla fəxr edir, gələcəyə böyük inamla baxırlar. Təbii ki, əhali inkişafa, tərəqqiyə, Azərbaycanın bu gününə və gələcəyinə hesablanmış siyasətə dəstək olacaq. Beynəlxalq qurumların dayanıqlı inkişafın yol xəritəsi kimi dəyərləndirdikləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qarşıdakı on il üçün əsas hədəflər öz əksini tapıb. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər üç dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq əsas məqsədlərdəndir.
Cənab İlham Əliyevə səs verək, qarşıya qoyulan hədəflərin reallaşmasına, müstəqil Azərbaycanımızın uğurlu gələcəyinə dəstək olaq. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynan Yeni Azərbaycan Partiyasının seçki şüarı da qarşıya qoyulan məqsədə işıq salır- “İlhamla irəli”. 2003-cü ildən başlanan bu yolun uğurlu davamı şəksizdir. Xalqımız cənab İlham Əliyevə səs verməklə, inkişaf üçün stimul olan sabitliyə, əmin-amanlığa, firavan həyata səs vermiş olacaq.
Aydın Hüseynov,
YAP Siyasi Şurasının üzvü,
YAP Qaradağ rayon
təşkilatının sədri

Paylaş:
Baxılıb: 1215 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31