/ / “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III vergi forumunun plenar iclası keçirilib
“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III vergi forumunun plenar iclası keçirilib
08.02.2014 [15:50]
Fazil Məmmədov: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası milli vergi sistemi üçün yeni hədəflər müəyyən edib
Fevralın 7-də Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumunun plenar iclası keçirilib. Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Forum iştirakçılarını salamlayaraq, qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesindən keçib. Azərbaycanda sahibkarlıq subyektlərinin sayının artması, ölkənin iqtisadi baxımdan aktiv inkişaf fazasına keçməsi vergi xidmətinin fəaliyyətinin də faktiki olaraq müasir əsaslarda yenidən qurulmasını zəruri edib, son bir neçə il ərzində vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası qurulub.
Hazırda Vergilər Nazirliyinin vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərdiyini vurğulayan nazir 2013-cü, “İnformasiya-texnologiyaları ili”ndə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən bir çox layihələrin davamı olaraq “Asan imza” layihəsinin də reallaşdırıldığını qeyd edib. Bildirilib ki, vergi və digər sahələrdə xidmətlərin elektronlaşdırılması prosesinin davam etdirilməsi və bir sıra yeni xidmətlərin ölkəmizdə tətbiqi nəticəsində Dünya Bankının hazırladığı “Doing Business 2014” hesabatında “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan ilk onluğa daxil olub.
Ötən il vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarla qurulmasına başlandığını qeyd edən nazir, artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlanıldığını, bunun qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma forması olduğunu bildirib.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının milli vergi sistemi üçün yeni hədəflər müəyyən etdiyini diqqətə çatdıran F.Məmmədov deyib ki, bunun üçün vergi sistemi iqtisadiyyatın artan tələblərinə cavab verməli, yeni yaranan iqtisadi situasiyalara və bazarın tələblərinə çevik reaksiya verə bilməlidir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Gəlirlər Administrasiyasının rəhbəri Mehmet Kilci ölkəmizin vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirib, əldə olunan uğurlardan məmnunluqlarını ifadə ediblər.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Aktiv vergi siyasəti dinamik və keyfiyyətli inkişafın strateji amilidir”, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: vergi siyasəti iqtisadi inkişafın amili kimi”, Qazaxıstan Vergi Komitəsinin sədr müavini Arqın Kıpşakov “Vergi inzibatçılığında aparılan islahatlara müasir baxış”, Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva “Mobil hökumətin yaradılmasına doğru: Mobil İmza”, Dünya Bankının Vergi islahatları üzrə baş əlaqələndiricisi Munaver Khvaja “Risklərin idarə edilməsi”, Türkiyə Gəlirlər Administrasiyasının Qrup rəhbəri Ahmet Kurt “Transfert qiymətqoyma”, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev “Biznes cəmiyyəti ilə vergi orqanları arasında əməkdaşlığın perspektivləri”, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasında vergi sisteminin inkişaf perspektivləri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Vergilər Nazirliyi yeni ideyalara və innovasiyalara açıqdır və beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və partnyorluq münasibətlərinin genişləndirilməsinə, həmçinin, buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdır. Daha sonra nazir yaxın perspektivdə vergi orqanları qarşısında duran konkret vəzifələrə də toxunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

