/ / Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
18.04.2014 [10:33]
Aprelin 17-də Nərimanov rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
AzərTAc xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə carı ilin birinci rübündə görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülüb.
Qeyd olunub ki, birinci rübün yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib. Bu müddətdə xidmətlər də daxil olmaqla 587,8 milyon manatlıq məhsul istehsal edilib, istehlakçılara 556,4 milyon manatlıq sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,2 faiz təşkil edib.
Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 927 nəfər artaraq 10684 nəfər təşkil edib, onların orta nominal əmək haqqı 6,6 faiz çoxalaraq 483,9 manata çatıb.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 684 daimi iş yerləri yaradılıb.
Rüb ərzində bütün mənbələr hesabına əsas kapitala 201,9 milyon manatlıq investisiya qoyulub ki, keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artım əldə edilib.
Bildirilib ki, rüb ərzində “Gənclik” metro stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin bərpası, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi işləri uğurla davam etdirilib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, rayonda təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir.
İclasda Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin ümumtəhsil məktəblərində daha səmərəli öyrədilməsi məqsədi ilə rayon ərazisində yerləşən tam orta məktəblərin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslərin tədrisi istiqamətində görülən tədbirlər barədə danışıb.
Qeyd edilib ki, dərslərin tədrisi zamanı Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkürəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilir.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

